FİA “pillə”li burunlardan azad olmaq üçün reqlamentə düzəliş edəcək

FİA-nın nümayəndələri bildiriblər ki, Formula1-in reqlamentində zəruri dəyişikliklər eləmək lazımdır ki, gələn ildən maşınların burun hissəsində “pillə” yox çıxsın. “Pillə”nin […]

FİA-nın nümayəndələri bildiriblər ki, Formula1-in reqlamentində zəruri dəyişikliklər eləmək lazımdır ki, gələn ildən maşınların burun hissəsində “pillə” yox çıxsın.

“Pillə”nin yaranma səbəbi bu ildən qüvvəyə minmiş yeni reqlamentdir – ön təkərlərin qarşısında maşının maksimal hündürlüyü təhlükəsizlik baxımından aşağı endirilib, ön təkərlərin arxasında isə hündürlük əvvəlki kimi qalıb.

Nəticədə McLaren və Marussia komandalarında başqa, digər komandaların konstruktorları məhz “pillə”li qərar qəbul ediblər. Maşınları daha gözəl şəklə salmaq üçün reqlamentə düzəliş etmək lazımdır, amma bunun üçün komandaların yekdil razılığı olmalıdır. FİA-nın yarış direktoru Çarli Uaytinqin sözlərinə görə, federasiya qarşısına belə məqsəd qoyub…

Çarli Uaytinq: “Şübhəsiz ki, biz bu mövzuda müzakirə edəcəyik. İki ildən sonra prinsipial yeni qaydalar qüvvəyə minəcək, o zaman burun elementi bütövlükdə daha aşağı düşəcək və problem asan həll olunacaq. Gələn ilə gəlincə, mən bu məsələni Texniki işçi qrup qarşısında qaldıracam. Hamı istəyir ki, bizim maşınlar gözəl görünsünlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*