FİA-nın stüardları protesti rədd ediblər

Brawn GP, Williams və Toyota komandaları Avstraliya Qran Prisində iştirak edə bilərlər – bu gün gecəyarısına yaxın FİA-nın stüardları Ferrari, […]

Brawn GP, Williams və Toyota komandaları Avstraliya Qran Prisində iştirak edə bilərlər – bu gün gecəyarısına yaxın FİA-nın stüardları Ferrari, Renault və Red Bull komandalarının verdikləri protesti rədd ediblər. Komandaların və federasiyanın texniki xidmətinin nümayəndələrinin iştirakı ilə keçən dördsaatlıq müzakirədən sonra mübahisəli diffuzorlar quraşdırılmış maşınlar reqlamentə uyğun hesab olunublar. Gözlənildiyinə görə, stüardların qərarından Apelyasiya Məhkəməsinə şikayət olunacaq.

Apelyasiya Məhkəməsinin iclası isə Malayziya Qran Prisindən sonra baş tutacaq, deməli, Sepanq uik-endindən əvvəl diffuzorların konstruksiyasına daha bir protest verilə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*