23 Aprel 2018, Bazar ertəsi - 17:30

FİA-nın Renault motorlarının sazlanmasına tərəddüdləri var

FİA-nın Renault motorlarının sazlanmasına tərəddüdləri var

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:43 - 26 Fevral, 2013

Keçən il motorların xəritəçəkməsi ilə (kartoqrafiyası) bağlı müzakirələr az olmamışdı və sonda FİA müəyyən normalar tətbiq etməli oldu – bütün […]

Keçən il motorların xəritəçəkməsi ilə (kartoqrafiyası) bağlı müzakirələr az olmamışdı və sonda FİA müəyyən normalar tətbiq etməli oldu – bütün maşınlarda motorlar bu normalara cavab verməli idi. Amma bzi komandalar güman edirdilər ki, bu normalar yeni mövsümə şamil olunmayacaq.

Bir daha xatırladaq ki, keçən ilin yayında Red Bull maşınlarında Renault motorlarının sazlanması FİA-nın tərəddüdlərinə səbəb olmuşdu. Ona görə də komandalar mövsümün ilk dörd yarışında tətbiq etdikləri motor sazlanma xəriətlərini federasiyaya təqdim etdilər – federasiya isə mövsümün yerdə qalan yarışlarında da məhz bu xəriətlərinə tətbiq olunmasını tələb etdi.

Mövsüm başa çatdı, komandalar və motorçular yeni mövsümə hazırlaşırlar, amma reqlamentin keçən mövsümün ortasında dəyişdirilən bu hissəsi hələ də aydın deyildi – FİA-nən keçənilki tələbi yeni mövsümə də aid olacaqmı? Auto Motor und Sport həftəliyinin bildirdiyinə görə, Renault motorçuları öz müştəri komandaları ilə birlikdə motorların sazlanmasının yeni xəritələrini hazırlayıblar. Əlbəttə, aydındır ki, yeni xəritələr keçənilki xəritələrdən çox fərqlənir.

Renault Sport hesab edir ki, yeni mövsüm “təmiz vərəq”dən başlayır. Şirkətin baş motorçusu Remi Taffen bildirib ki, “Biz hər şeyi yenidən başladıq. Melburnda biz yeni standartlar tətbiq edəcəyik. FİA-nın normaları keçən ilə aid idi.”

Auto Motor und Sport-un məlumatına görə, heç də hamı bu fikirdə deyil, məsələn, Ferrari komandasının motor və elektronika şöbəsinin başçısı Luka Marmorini əmindir ki, FİA-nın keçənilki normaları hələ də qüvvədədir. Həftəliyin bildirdiyinə görə, artıq federasiya da bunu təsdiq edib. Bu isə o deməkdir ki, Red Bull və Lotus komandaları motorların sazlanmalarını dəyişməli olacaqlar – nəticədə maşının sürəti azala bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 198
Teqlər , , , , , , , ,
Paylaş

logo