FİA-nın gəlirləri 40% artacaq

FİA çempionat təşkilatçıları ilə gəlirdən öz xeyrinə ödəmələrin artırılması barədə prinsipial razılıq əldə edib, bununla da qeyri-kommersiya təşkilatının gəlirləri ən […]

FİA çempionat təşkilatçıları ilə gəlirdən öz xeyrinə ödəmələrin artırılması barədə prinsipial razılıq əldə edib, bununla da qeyri-kommersiya təşkilatının gəlirləri ən azı 40% artacaq

Bloombergagentliyi naməlum mənbəyə istinadən bildirir ki, FİA-nın illik gəliri təxminən 40 milyon dollar artacaq, buna əsas səbəb isə federasiyanın Formula1-in səhmlərinin nəzarət paketinə sahib olan CVC Capital Partners sərmayə fondu ilə və çempionatın iştirakçıları olan komandalarla yeni müqavilələrin bağlanmasıdır. Bloomberg-in məlumatına görə, bu mövzuda müzakirələr fərdi xarakter daşısa da, hazırda artıq razılaşma əldə olunub.

Yeni razılaşmaya əsasən FİA Formula1-in sahiblərindən 25 milyon dollar, komandalardan isə 15 milyon dollar alacaq – komandaların çempionatda üzvlük haqları qaldırılıb.

Federasiyanın nümayəndələri təşkilatın maliyyə durumunu şərh etməkdən boyun qaçırıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*