FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası 2019-cu ilin reqlamentinə düzəlişləri təsdiq edib

Aprel ayının sonunda komandalar ötmələrin asanlaşması üçün 2019-cu ildə reqlamentə dəyişikliklər edilməsinin lehinə səs vermişdilər. Ümumdünya Şurasının Maniladakı iclasında bu dəyişikliklər rəsmən təsdiqlənib.

F-1.az bildirir ki, gələn il ön qanad daha böyük olacaq, quruluşları sadələşəcək və hava axınının istiqamətlənməsinə builki qədər təsir göstərməyəcək. Ön əyləclərin hava kanalları da qanadlarını itirəcəkləri üçün dizaynları sadələşəcək.

Arxa qanadın da böyüyəcəyi, lövhələrinin daha çox maili olacağı bildirilir.

Ümumdünya Şurası bu ilin idman reqlamentinə olan dəyişiklikləri də təsdiq edib. Dəyişikliklərə görə, sürücülər dövlət himninin səslənməsinə 10 dəqiqə qalmış start düzlüyündə olmalıdırlar. Bu addım media nümayəndələrinin sürücülərə daha yaxın ola bilmələri üçün atılıb. Sözügedən dəyişiklik artıq bu həftəsonu Monrealda tətbiq olunacaq.

Eyni zamanda, Formula2 sürücülərinin cari Formula1 maşınları ilə test etmələrinə icazə verən dəyişiklik də qəbul olunub.

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti yığıncağı oktyabrın 12-də Parisdə baş tutacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*