FİA-nın Apelyasiya Məhkəməsi: Diffuzorlar leqaldırlar

FİA-nın Apelyasiya Məhkəməsi Avstraliya və Malayziya Qran Prilərinin stüardlarının Brawn, Toyota və Williams maşınlarındakı diffuzorların konstruksiyasının texniki reqlamentə uyğun gəlməsi […]

FİA-nın Apelyasiya Məhkəməsi Avstraliya və Malayziya Qran Prilərinin stüardlarının Brawn, Toyota və Williams maşınlarındakı diffuzorların konstruksiyasının texniki reqlamentə uyğun gəlməsi barədə qəbul etdikləri qərara qarşı Ferrari, Red Bull, Renault və BMW Sauber komandalarının qaldırdığı protesti təmin etməyib…

FİA-nın rəsmi mətbuat relizində deyilir: “FİA-nın Beynəlxalq Apelyasiya Məhkəməsi 2009-cu ilin martın 29-da Avstraliya Qran Prisinin stüardlarının qəbul etdikləri qərara qarşı komandaların verdikləri protesti təmin etməyib. Eşidilmiş və görülmüş arqument və şahid ifadələrinə əsaslanaraq Məhkəmə qərara alıb ki, stüardlar göztərilən avtomobillərin texniki reqlamentə uyğun gəlməsi barədə düzgün qərar qəbul etmişlər.

Məhkəmənin qərarının tam hesabatı bir qədər sonra dərc olunacaq.”

Beləliklə, diffuzorlar rəsmən leqal hesab edilib və mövsümün ilk iki yarışının yekun cədvəlləri dəyişməyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*