14 Noyabr 2018, Çərşənbə - 15:22

FİA mövsümiçi testlərin qrafikini təsdiq edib

FİA mövsümiçi testlərin qrafikini təsdiq edib

Müəllif: Elçin Zodorov, redaktor

20:21 - 25 Yanvar, 2017

Ötən il olduğu kimi, bu il də komandalara mövsüm ərzində iki dəfə ikigünlük olmaqla, ümumilikdə 4 günlük test imkanı veriləcək.

F-1.az xəbər verir ki, FİA bu il baş tutacaq mövsümiçi testlərin qrafikini təsdiqləyib. Testlər keçiriləcəyi traslarda əsas yarışlardan sonrakı günlərdə – 18-19 aprel tarixlərində Sahirdə, 1-2 avqust tarixlərində Hunqarorinqdə olacaq. Mövsümün son yarışı başa çatdıqdan sonra – noyabrın 28-də və 29-da isə Pirelli-nin 2018-ci il üçün hazırlayacağı təkərlər sınaqdan keçiriləcək.

Qeyd edək ki, komandalar dörd test gününün ikisində gənc – FİA-nın qaydalarına görə, maksimum 3 yarışa çıxan sürücülərdən istifadə etməlidirlər.

Testlər
Qış testləri
27 fevral – 2 martBarselona
7-10 martBarselona
Mövsümiçi testlər
18-19 aprelBəhreyn
1-2 avqustHunqarorinq
2018-ci ilin təkərlərinin testləri
28-29 noyabrƏbu Dabi

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 601
Teqlər , , , , , , ,
Paylaş

logo