FİA motor reqlamentini qaydaya salacaq

Mövsümün əvvəlinə kimi FİA-nın texniki xidmətləri çox güman ki, uik-endin gedişində motorlardan istifadə reqlamentini qaydaya salacaqlar, çünki şənbə sərbəst yürüşlərində, […]

Mövsümün əvvəlinə kimi FİA-nın texniki xidmətləri çox güman ki, uik-endin gedişində motorlardan istifadə reqlamentini qaydaya salacaqlar, çünki şənbə sərbəst yürüşlərində, sıralanma turu və yarışda sürücülər eyni motordan istifadə etməlidirlər. Komandalar federasiyaya müraciət ünvanlayıblar və sərbəst yürüşlərin üçüncü sessiyası ilə sıralanma turunda eyni motordan istifadənin zəruriliyini öyrənmək istəyiblər. Yarış direktoru və FİA-nın nümayəndəsi Çarli Uaytinq artıq bildirmişdi ki, sıralanma turu və yarış arasında motorun nasazlığı üzündən onu dyişmək olar, indi, deyəsən, bu qayda şənbə sərbəst yürüşlərinə də şamil ediləcək.

Autosport-a müsahibəsində vəziyyəti Renault F1 komandasının texniki direktoru Pət Simonds şərh edib…

Pət Simonds: “Hazırkı reqlamentə əsasən üçüncü sərbəst yürüşlərdən sonra motoru dəyişmək olar və motorun resursunun artırılmasını nəzərə almaqla komandaların belə bir əvəzləmə üçün müəyyən motivasiyası var idi. Mən hamı ilə söhbət etmişdim, hamı hesab edir ki, bu qayda cari reqlament dəyişiklərinə uyğun gəlmir, axı komandalar yarışlara əlavə personal gətirməli olacaqdılar.

Əgər şənbə günü motor yansa, onun əvəzlənməsi üçün bizim kifayət sayda personalımız var, amma motorların sistematik əvəzlənməsi üçün bizim əlavə personala ehtiyacımız olardı. Maşınların bağlı parkda saxlanması qaydaları yenidən işlənməlidir. Əgər belə əvəzləmələrə icazə verilərsə, vəziyyətə nəzarəti itirmək mümkündür. Məsələn, sıralanma turunda müəyyən səbəblər üzündən zəif nəticə göstərmiş və yarışa son cərgələrdən qatılmalı olan maşına komanda köhnə işlənmiş motor qoya bilər – onsuz da uik-end korlanıb. Və ya təsəvvür edək ki, şənbə günü yağış yağdı və yenə də komanda köhnə motordan istifadə edə bilər, çünki belə havada motor çox yüklənməyəcək.

Ona görə də mənə elə gəlir ki, biz məsələyə düzgün yanaşacayıq.”

Bu il hər bir sürücü 8 motordan istifadə edə bilər, 9-cu motordan istifadə startda 10 yer itirməklə cərimə olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*