FİA Monakoda DRS-in istifadəsini məhdudlaşdırıb

Beynəlxalq Avtomobil Federasiyası Monako Qran Prisinin gedişində arxa antiqanadın hərəkətli elementindən istifadəni məhdudlaşdırmaq qərarına gəlib. FİA-nın məmurları DRS sistemini tuneldə […]

Beynəlxalq Avtomobil Federasiyası Monako Qran Prisinin gedişində arxa antiqanadın hərəkətli elementindən istifadəni məhdudlaşdırmaq qərarına gəlib. FİA-nın məmurları DRS sistemini tuneldə və ona bitişik zonalarda aktivləşdirməyi qadağan ediblər.

Bu məhdudlaşdırma sürücülərin xahişi ilə tətbiq olunub, onların fikrincə, DRS-in tuneldə istifadəsi çox təhlükəlidir – bu sahədə yol tozlu olduğu üçün və günəş şüaları bu sahəyə düşmədiyi üçün təkərlərin asfaltla ilişməsi aşağı düşür.

Federasiyanın nümayəndələri bir daha təsdiq ediblər ki, bazar günü DRS yalnız start-finiş düzlüyündə istifadə olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*