16 Dekabr 2017, Şənbə - 22:46

FİA maşınların üzərindəki nömrələrlə bağlı tələbləri komandalara göndərib

FİA maşınların üzərindəki nömrələrlə bağlı tələbləri komandalara göndərib

Müəllif: Elçin Zodorov, redaktor

10:07 - 28 Aprel, 2017

Aprelin 25-də Parisdə komandaların nümayəndələrinin, FİA-nın prezidenti Jan Todtun və çempionatın icraçı direktoru Çeyz Kerinin iştirakı ilə Strateji İşçi Qrupun və F1 Komissiyasının baş tutan toplantısında qəbul olunan dəyişikliklərdən biri də sürücülərin soyadlarının və nömrələrinin maşın üzərində daha aydın yazılması idi.

F-1.az xatırladır ki, sözügedən toplantıda bir çox dəyişikliklər qəbul edilmişdi. Komandalar sürücülərin soyadlarını və nömrələrini maşın üzərində daha aydın yazmalı olacaqlar və bu, İspaniya Qran Prisindən etibarən tətbiq edilməlidir. FİA artıq məsələ ilə bağlı qəbul olunan yeni tələbləri komandaların nəzərinə çatdırıb.

Auto Motor und Sport isə bildirir ki, Jan Todt bu məsələni hələ 2011-ci ildə qaldırmışdı. Lakin bunun tətbiqinə Strateji İşçi Qrupun son toplantısından sonra nail olub.

Nömrələr 60-70-ci illərdə olduğu kimi, uzaqdan seçiləcək. Şriftin hündürlüyü 23 sm-dən, qalınlığı isə 4 sm-dən az olmamalıdır. Eyni zamanda, sürücülərin soyadlarının yazıldığı şriftin hündürlüyü ən azı 15 sm, qalınlığı isə 3 sm olmalıdır. Nömrələr maşının ön hissəsində yazılmalıdır. Sürücünün soyadı isə arxa qanadda, yan pantonlarda və ya motor qapağının hava kanalının arxasında əks oluna bilər. Uzun soyadları isə qısaltmağa icazə verilir. Məsələn, Kevin Maqnussenin soyadını rəsmi xronometrajda olduğu kimi, MAG yazmaq olar.

Komandaların hamısı bu dəyişikliyi heç də müsbət qarşılamayıb. Force İndia-dan Endi Stivenson şikayətini belə bildirib: “Bizdən indi sürücünün soyadının yazılmasının tələb olunan yerlərə adətən reklam loqotipləri yerləşdirə bilərdik ki, bu da komandaya 6 milyon dollara yaxın qazanc verərdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 881
Teqlər , , , ,
Paylaş

logo