20 Noyabr 2017, Bazar ertəsi - 07:56

FİA: Maşınların çəkisi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:40 - 26 Aprel, 2009

FİA maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasında ən az yanacaq Toyota maşınlarının baklarında […]

FİA maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasında ən az yanacaq Toyota maşınlarının baklarında olub – Timo Qlok daha ağır Yarno Trulliyə uduzub, alman sürücü daha aqresiv strategiya seçib və qısa ilk hissədən (təxminən 12 dövrə) pit-stopa getməyi planlaşdırıb. Onun komanda yoldaşı Yarno Trulli isə iki dövrədən sonra pitə baş çəkəcək.

Üçüncü yerdən start alan Sebastyan Fettel Trulli üzərində 3-4 dövrəlik, Həmilton, Alonso və Batton üzərində isə birdövrəlik üstünlüyə malikdir. Batton da daha yüngül olan komanda yoldaşı Barrikellonu qabaqlayıb. İlk onluqda ən çox yanacaq ehtiyatına Kimi Rəykkönen malikdir, Ferrari yarışın gedişində ilk pit-stopu uzatmaqla strategiyaya düzəlişlər edə bilər, düzdür, Kiminin arxasında daha ağır maşınlar start alacaqlar.

Maşınların yanacaqla dolu çəkiləri (kq):
1. Y.Trulli (Toyota) – 648.5
2. T.Qlok (Toyota) – 643.0
3. S.Fettel (Red Bull) – 659.0
4. C.Batton (Brawn GP) – 652.5
5. L.Həmilton (McLaren) – 652.5
6. R.Barrikello (Brawn GP) – 649.0
7. F.Alonso (Renault) – 650.5
8. F.Massa (Ferrari) – 664.5
9. N.Rosberq (Williams) – 670.5
10. K.Rəykkönen (Ferrari) – 671.5
11. H.Kovalaynen (McLaren) – 678.5
12. K.Nakacima (Williams) – 680.9
13. R.Kubitsa (BMW Sauber) – 698.6
14. N.Haydfeld (BMW Sauber) – 696.3
15. N.Pike (Renault) – 677.6
16. A.Sutil (Force İndia) – 679.0
17. S.Buemi (Toro Rosso) – 678.5
18. C.Fizikella (Force İndia) – 652.0
19. M.Uebber (Red Bull) – 656.0
20. S.Burde (Toro Rosso) – 667.5


FİA: Maşınların çəkisi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:05 - 18 Aprel, 2009

FİA sıralanma turundan sonra maşınların tərəzidə çəkilməsinin nəticələrini dərc edib, bu nəticələrə əsasən startda maşınların baklarında yanacağın miqdarı barədə fikir […]

FİA sıralanma turundan sonra maşınların tərəzidə çəkilməsinin nəticələrini dərc edib, bu nəticələrə əsasən startda maşınların baklarında yanacağın miqdarı barədə fikir yürütmək olar. Federasiyanın məlumatlarına əsasən, gözlənildiyi kimi startda ən yüngül Fernando Alonso olacaq. İspan sürücü 12-ci dövrədən sonra pitə baş çəkməli olacaq, əgər o startda Sebastyan Fetteli keçməsə yükəsk nəticəyə ümid etmək olmayacaq.

İlk onluqda ən çox yanacaq ehtiyatına Lyuis Həmilton malikdir, KERS hesabına yaxşı start ala bilsə, dünya çempionu xal ehtiyatını artıra bilər. Red Bull sürücülərinin hər ikisi və Niko Rosberqin də çox güman ki, yarışa yumşaq təkərlərlə başlamasını gözləmək olar. Qeyd edək ki, ilk onluğun iştirakçıları yanacağı poul uğrunda mübarizə zamanı baklara doldurublar, amma sonrakı yerləri tutan sürücülər isə strategiya seçimində azad olublar…

Maşınların yanacaqla dolu çəkisi (kq):
1. S.Fettel (Red Bull) – 644.0
2. F.Alonso (Renault) – 637.0
3. M.Uebber (Red Bull) – 646.5
4. R.Barrikello (Brawn GP) – 661.0
5. C.Batton (Brawn GP) – 659.0
6. Y.Trulli (Toyota) – 664.5
7. N.Rosberq (Williams) – 650.5
8. K.Rəykkönen (Ferrari) – 673.5
9. L.Həmilton (McLaren) – 679.0
10. S.Buemi (Toro Rosso) – 673.0
11. N.Haydfeld (BMW Sauber) – 679.0
12. H.Kovalaynen (McLaren) – 697.0
13. F.Massa (Ferrari) – 690.0
14. K.Nakacima (Williams) – 682.7
15. S.Burde (Toro Rosso) – 690.0
16. N.Pike (Renault) – 697.9
17. R.Kubitsa (BMW Sauber) – 659.0
18. A.Sutil (Force İndia) – 648.0
19. T.Qlok (Toyota) – 652.0
20. C.Fizikella (Force İndia) – 679.5


FİA: Maşınların çəkisi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:25 - 04 Aprel, 2009

FİA sıralanma turundan sonra maşınların tərəzidə çəkilməsinin nəticələrini dərc edib, bu nəticələrə əsasən startda maşınların baklarında yanacağın miqdarı barədə fikir […]

FİA sıralanma turundan sonra maşınların tərəzidə çəkilməsinin nəticələrini dərc edib, bu nəticələrə əsasən startda maşınların baklarında yanacağın miqdarı barədə fikir yürütmək olar. Federasiyanın məlumatlarına əsasən, Brawn GP maşınlarında yanacaq heç də az olmayıb və onlar 22-23-cü dövrələrdə pit-stop keçirməyi planlaşdırırlar.

Gözlənildiyi kimi ilk onluqda ən az çəkiyə Sebastyan Fettel malikdir, cərimə üzündən alamn sürücüyə maksimum yüksək nəticə göstərmək vacib idi, ən çox isə Fernando Alonsodadır, ispan sürücü isə ilk pit-stopu ləngitmək taktiksaı seçib. İlk onluğa düşməyən sürücülərdən sabah ən ağır maşınla starta Nik Haydfeld çıxmağı planlaşdırır – alman sürücü Fettelin cəriməsi üzündən bir yer də qazanıb və ondan əvvəl start alan bir çox sürücülərdən pit-stopa gec girməklə bir neçə yer qazanamq fikrindədir. Qeyd edək ki, ilk onluğun iştirakçıları yanacağı poul uğrunda mübarizə zamanı baklara doldurublar, amma sonrakı yerləri tutan sürücülər isə strategiya seçimində azad olublar…

Maşınların yanacaqla dolu çəkisi (kq):
1. C. Batton (Brawn GP) – 660
2. Y.Trulli (Toyota) – 656.5
3. S.Fettel (Red Bull) – 647
4. R.Barrikello (Brawn GP) – 664.5
5. T.Qlok (Toyota) – 656.5
6. N.Rosberq (Williams) – 656
7. M.Uebber (Red Bull) – 656
8. R.Kubitca (BMW Sauber) – 663
9. K.Rəykkönen (Ferrari) – 662.5
10. F.Alonso (Renault) – 680.5
11. N.Haydfeld (BMW Sauber) – 692
12. K.Nakacima (Williams) – 683.4
13. L.Həmilton (McLaren) – 688
14. H.Kovalainen (McLaren) – 688.9
15. S.Burde (Toro Rosso) – 670.5
16. F.Massa (Ferrari) – 689.5
17. N.Pike (Renault) – 681.9
18. C.Fizikella (Force İndia) – 680.5
19. A.Sutil (Force İndia) – 655.5
20. S.Buemi (Toro Rosso) – 686.5


FİA: Maşınların çəkisi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:30 - 29 Mart, 2009

FİA sıralanma turundan sonra maşınların çıkisinin yoxlanmasının nəticələrini dərc edib, bu nəticələrə əsasən startda maşınların baklarında yanacağın miqdarı barədə fikir […]

FİA sıralanma turundan sonra maşınların çıkisinin yoxlanmasının nəticələrini dərc edib, bu nəticələrə əsasən startda maşınların baklarında yanacağın miqdarı barədə fikir yürütmək olar. Federasiyanın məlumatlarına əsasən, Brawn GP maşınlarında yanacaq heç də az olmayıb və onlar 22-23-cü dövrələrdə pit-stop keçirməyi planlaşdırırlar.

Gözlənildiyi kimi ilk onluqda ən az çəkiyə Robert Kubitsa malikdir, ən çox isə Timo Qlok, amma alman sürücü istənilən halda yarışa son cərgələrdən başlamalı olacaq. İlk onluğa düşməyən sürücülərdən sabah ən ağır maşınla starta Nelsinyo Pike çıxmağı planlaşdırır – braziliyalı sürücü liderlərdən 10 dövrə sonra pitə girəcək. Qeyd edək ki, ilk onluğun iştirakçıları yanacağı poul uğrunda mübarizə zamanı baklara doldurublar, amma sonrakı yerləri tutan sürücülər isə strategiya seçimində azad olublar…

Maşınların yanacaqla dolu çəkisi (kq):
1. L.Həmilton (McLaren Mercedes) – 655.0 *
2. H.Kovalaynen (McLaren Mercedes) – 690.6 *
3. F.Massa (Ferrari) – 654.0
4. K.Rəykkönen (Ferrari) – 655.5
5. R.Kubitsa (BMW Sauber) – 650.0
6. N.Haydfeld (BMW Sauber) – 691.5 *
7. F.Alonso (Renault) – 680.7 *
8. N.Pike (Renault) – 694.1 *
9. Y.Trulli (Toyota) – 660.0
10. T.Qlok (Toyota) – 670.0
11. S.Burde (STR Ferrari) – 662.5 *
12. S.Buemi (STR Ferrari) – 675.5 *
14. M.Uebber (Red Bull Renault) – 662.0
15. S.Fettel (Red Bull Renault) – 657.0
16. N.Rosberq (Williams Toyota) – 657.0
17. K.Nakacima (Williams Toyota) – 612.5 *
20. A.Sutil (Force İndia) – 684.5 *
21. C.Fizikella (Force İndia) – 689.0 *
22. C.Batton (Brawn GP) – 664.5
23. R.Barrikello (Brawn GP) – 666.5
* – ilk onluqda mübarizə aparmayan sürücülər


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər
Paylaş

logo