FİA Macarıstan Qran Prisindən əvvəl qaydaları dəqiqləşdirəcək

FİA Formula1 komandaları və motor istehsalçıları ilə birlikdə qaydaları dəqiqləşdirməyə hazırlaşır ki, gələcəkdə motorun xəritəsinin tərtibi zamanı mübahisəli anları istisna […]

FİA Formula1 komandaları və motor istehsalçıları ilə birlikdə qaydaları dəqiqləşdirməyə hazırlaşır ki, gələcəkdə motorun xəritəsinin tərtibi zamanı mübahisəli anları istisna etsin.

Almaniya Qran Prisinin startından əvvəl stüardlar Red Bull maşınlarında motorların sazlanmasının reqlamentə uyğun gəlməsini araşdırmışdılar – FİA-nın texniki nümayəndəsi Co Bauer bu cür sazlanmaların maşının aerodinamik effektliyinin artırılmasında və “trəkşn kontrol” effektinin yaranmasında şübhələnmişdi. Amma stüardlar heç bir qanunpozuntusu aşkarlaya bilməmişdilər – formal olaraq komanda reqlamenti pozmamışdı.

Hərçənd, heç də hamı əmin deyil ki, problemi yaxın günlərdə həll etmək mümkün olsun. Düz bir il əvvəl Çarli Uaytinq “sorucu diffuzorları” qadğan etmək istəyərkən, FİA dərhal bu fikirdən daşınmışdı – çünki eyni məhdudiyyətlər müxtəlif motorlara müxtəlif cür təsir edirdi və bərabərlik prinsipi pozulurdu.

Red Bull mühəndisləri Renault motorçuları ilə çoxdan və məhsuldar əməkdaşlıq edirlər, RS27 motoru isə proqram təminatı sayəsində sazlanmalarını çox asanlıqla dəyişməyə imkan verir, amma bu sahədə istənilən məhdudiyyət digər komandaların maşınlarında motorların işinə ciddi təsir edə bilər.

FİA alternativ variant tapıb – motorun iş xəritəsini dəyişmək ümumən qadağan olunacaq, yalnız reqlamentdə nəzərdə tutulan hallar istisna olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*