13 Dekabr 2017, Çərşənbə - 12:58

FİA komandaların pit bokslarını irəli çəkib

FİA komandaların pit bokslarını irəli çəkib

Müəllif: Rauf Hacıyev, redaktor

21:59 - 12 Noyabr, 2016

FİA bolidlərin altı yerə dəydiyi üçün Mercedes-in pit-boksunu irəli çəkib.

F-1.az xatırladır ki, Lyuis Həmilton və Niko Rosberq cümə sərbəst yürüşlərindən sonra pit boksların olduğu bölgədə bolidlərin altının yerə dəydiyindən şikayət etmişdilər.

Mercedes komandasının texniki direktoru Pəddi Lou bunun üçün Çarli Uaytinqin yanına getmiş və şikayət etmişdi. Buna görə də, FİA yarışdakı potensial təhlükələrdən qaçmaq üçün pit boksları irəli çəkmək qərarına gəlib.

Mercedes-in pit boksu 5 metr, Ferrari-nin pit boksu 4, Williams-ın pit boksu 3, Red Bull-un 2, Force İndia-nın pit boksu isə 1 metr irəli çəkilib….


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 704
Teqlər , , , , , ,
Paylaş

logo