18 Noyabr 2017, Şənbə - 16:07

FİA komandaların büdcəsinin ölçüsünü müəyyən edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:09 - 23 Aprel, 2009

Mart ayında FİA-nın Ümumdünya Şurası Maks Moslinin təklif etdiyi komandaların büdcələrinin könüllü məhdudlaşdırılması sxemini bəyənib. Gələn ildən komandalar iki variantdan […]

Mart ayında FİA-nın Ümumdünya Şurası Maks Moslinin təklif etdiyi komandaların büdcələrinin könüllü məhdudlaşdırılması sxemini bəyənib. Gələn ildən komandalar iki variantdan birini seçə bilərlər – büdcənin məhdudlaşdırılmasına razı olub texniki reqlamentin müəyyən yüngülləşməsinə icazə almaq və ya istənilən qədər məsrəf sərf etməklə texniki reqlamentin ciddi məhdudiyyətlərinə əməl etmək.

Bu prinsip komandaların tənqidi ilə qarşılanıb. Faktiki olaraq, FİA çempionatı iki yerə parçalayır – komandalar reqlaemntin iki evrsiyasından istifadə edəcəklər, bu isə Formula1-in ruhuna və adına ziddir, beləki bu halda Formulaların sayı iki olacaq. Amma bir müddət keçdikdən sonra məlum oldu ki, bu fikir bir çoxlarını qane edir.

Maks Mosli komandalara məktub göndərib, məktubda büdcənin hansı məbləğdə məhdudlaşdırılmasını və bunu arqumetləşdirmələrini təklif edib, bu büdcəyə sürücülərin maaşından, reklam və qonaqpərvərlik xərclərindən başqa hər şey daxil olmalıdır – bəziləri hesab edir ki, 30 milyon funtluq büdcə kifayət deyil, amma Mosli büdcəni daha azaltmaq istəyir.

Beləliklə, adət etdiyimiz prinsiplər dəyişə bilər, amma FİA prezidentinin təklifi artıq səmərə verib – 2010-cu ildən yeni qaydalarla çempionata qoşulmaq istədiklərini USF1, Lola komandaları bildiriblər, hələ yeni komandaalrın da bəyanatları gözlənilir. Formula1-də üç yeni komandanın peyda olması maraqlı ola bilər, amma şayiələr gəzir ki, Cosworth səkkiz komandanı motorla təchiz etmək üzrə danışıqlar aparır.

Çempionat iştirakçıları bu gün məbləği federasiyaya bildirməlidirlər, bu məsələnin müzakirə olunacağı Ümumdünya Şurasının növbəti iclası aprelin 29-da baş tutacaq. Çox güman ki, həm gün gələn mövsümün nəinki idman və texniki reqlamenti, həm də maliyyə reqlamenti təsdiq olunacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 67
Teqlər
Paylaş

logo