FİA Honda-ya da motoru təkmilləşdirməyə ivazə verib

Honda motorçuları vacib siyasi qələbə qazanıblar: FİA 2015-ci il mövsümünün gedişində onlara da motorları təkmilləşdirməyə icazə verib. Həftənin əvvəlində biz […]

Honda motorçuları vacib siyasi qələbə qazanıblar: FİA 2015-ci il mövsümünün gedişində onlara da motorları təkmilləşdirməyə icazə verib.

Həftənin əvvəlində biz xəbər vermişdik ki, Yaponiya şirkətinin nümayəndələri ilə görüşdükdən sonra bu məsələdə federasiyanın mövqeyi bir qədər yumşalıb. Amma bütün ekspertlər düşünürdülər ki, digər motor istehsalçıları ilə müqayisədə Honda-ya müəyyən güzəştlər ediləcək ki, bütün motor istehsalçılarının yarış şansları bərabərləşsin. Federasiya isə motorun təkmilləşdirilməsinə qoyulan qadağanı Honda üçün tam ləğv edib.

F-1.az isə BBC Sport-a əsasən bildirir ki, Honda bu icazədən sonra, hətta, rəqibləri üzərində müəyyən üstünlük də qazanıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*