FİA gələn ilin reqlamentini dərc edib

FİA-nın saytında bu gün 2010-cu il mövsümü üçün idman və texniki reqlamentlər dərc olunub. Mətndə alternativ qaydaalrdan əsər-əlamət yoxdur – […]

FİA-nın saytında bu gün 2010-cu il mövsümü üçün idman və texniki reqlamentlər dərc olunub. Mətndə alternativ qaydaalrdan əsər-əlamət yoxdur – bütün komandalar bərabər olacaqlar…

Sıralanma turunun forması 13 komandanın 26 maşını üçün nəzərdə tutulub. Üç sessiya qalacaq, birinci və ikinci sessiyalarda mübarizəni ən yavaş səkkiz maşın dayandıracaq. Yarış zamanı yanacaq doldurmalar ləğv olunacaq, ona görə də sürücülər poul uğrunda boş baklarla mübarizə aparacaqlar.

Testlər komanda üçün 15 min kilometr məsafədə məhdudlaşdırılıb və mövsümün gedişində ilin sonunadək qadağan olunub. İstisan yalnız səkkiz birgünlük düz yollarda testlər üçün və çempionat başa çatdıqdan sonra gənc sürücülər üçün üç birgünlük testlərə aiddir.

Maşınalrın minimum çəkisi 620 kiloqramadək artırılacaq, komandalar formal olaraq KERS-dən istifadə edə bilərlər. Termoçexollar qalacaq. Xal hesablanması sistemi də əvvəlki kimi olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*