FİA etirazlara qulaq asmayacaq?

Bəzi sürücülərin narazı olmasına baxmayaraq, FİA sürücünün başını qoruyan sistemin - halonun gələn il idmanda istifadə ediləcəyini deyib.

F-1.az xatırladır ki, Byanki 2014-cü ilin Yaponiya yarışında qəza edərək dünyasını dəyişəndən sonra bu ideya ortaya atılmışdı. Keçən il bəzi komandaların test etdiyi bu sistemi FİA sürücülərin səsverməsi nəticəsində seçmək qararına gəlmişdi.

Almaniyada nəşr olunan Auto Motor und Sport-un xəbərinə əsasən, FİA 22 sürücüdən bu barədə soruşub, amma 16 nəfər səs verib. Bunlarda 7-i sistemin əleyhinə, 5-i lehinə, 4-ü isə bitərəf səs verib. Jurnalın müxbiri Mixael Şmidt “FiA alternativlər axtarır” deyib.

Red Bull-un dizayn etdiyi AeroScreen də test edilib, amma bu model İndyCar sürücüsü Castin Uilsonun ölümünə səbəb olan sürətli avtomobil çırpılması və ya trasdakı qırıntıların səbəb olduğu qəzalarda başı daha az qoruyur.

Niko Rosberq isə bu barədə belə deyib: “Son illərdəki inkişaf təsiredicidir. Amma heyif ki, iki il əvvəl qəzaya görə bir həmkaramız dünyasını dəyişdi. Buna görə də idmanı daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdən gələni edirik”.

Amma belə görünür ki, sürücülərin rəyləri FİA-nı maraqlandırmır. Bu barədə qurumun mətbuat katibi danışıb: “İndiyə kimi 16 sürücüdən geribildirim aldıq. Bəziləri rədd edir, bəziləri qəbul edir və bəziləri də qərarsızdır. Halonun gələn il istifadə edilməyəcəyini deyən sürücülər və komandalar yanılırlar. Strateji işçi qrup da 2018-ci ildə bir baş qoruyucu sistemin istifadəsi üçün müqavilə bağlayıb. Bunun üçün ən əlverişli sistem Halodur”.

Xatırladaq ki, halo hazırda qəza testlərində ən yaxşı nəticə verən sistemdir. Amma 2018-ci ildə istifadəsi üçün komandaların rəsmi icazəsinə ehtiyac var. FİA-nın qaydalarına görə isə komandalar aprelin 30-a qədər səs verməlidirlər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*