19 Noyabr 2017, Bazar - 08:44

FİA diffuzorlar üzrə son qərarını səhər elan edəcək

FİA diffuzorlar üzrə son qərarını səhər elan edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:53 - 17 İyul, 2011

Sabah sərbəst yürüşlər başlamazdan əvvəl FİA komandaları diffuzorun işində işlənmiş qazaların enerjisindən istifadəyə qoyulmuş məhdudiyyətin son versiyası ilə tanış edəcək. […]

Sabah sərbəst yürüşlər başlamazdan əvvəl FİA komandaları diffuzorun işində işlənmiş qazaların enerjisindən istifadəyə qoyulmuş məhdudiyyətin son versiyası ilə tanış edəcək.

İki həftə əvvəl Valensiyada yarışların direktoru və FİA-nın nümayəndəsi Çarli Uaytinq qəti olaraq bildirmişdi – akseleratorun buraxılmış pedalı zamanı işlənmiş qazaların axını səviyyəsi maksimum kəmiyyətin 10%-ni keçməməlidir, amma bu məhdudiyyət motorların etibarlılığına təsir etməməlidir.

Bu gün səhər komandalar FİA-dan yeni təlimat alıblar – Renault motorlarının müştəriləri üçün bu məhdudiyyət səviyyəsi 50% müəyyənləşdirilib. Məlum olub ki, məhdudiyyətlərə qədər Red Bull maşınlarında qazların axını 45% səviyyəsində imiş, ona görə də yeni təlimat komandalar tərəfindən birmənalıq arşılanmayıb.

Bu gün gecə FİA toplanmış məlumatları təhlil edəcək və kompromis tapmağa çalışacaq, səhər isə komandalar yeni təlimat alacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 115
Teqlər
Paylaş

logo