FİA dəyişikliklərdən imtina etməyə hazırdır

FİA sorucu diffuzorların işinə məhdudiyyətlərin tətbiqindən imtina etməyə hazırdır. Sıralanma turundan sonra məlum olub ki, FİA bir şərtlə bu addımı […]

FİA sorucu diffuzorların işinə məhdudiyyətlərin tətbiqindən imtina etməyə hazırdır. Sıralanma turundan sonra məlum olub ki, FİA bir şərtlə bu addımı atmağa hazırdır – komandaların hamısının razılığı lazımdır. İstənilən halda məhdudiyyətlər gələn yarışa aradan qaldırıla bilər.

Federasiyanın yaydığı bəyanatda deyilir: “Bu gün səhər FİA-nın Texniki nümayəndəsinin komandalara çatdırdığı məhdudiyyətlər uik-endin sonuna qədər qüvvədə olacaq. Amma Texniki işçi qrup Silverstouna qədər qüvvədə olan sazlanmalara qayıtmağı məqsədəuyğun hesab edir.

Əgər komandalar yekdil rəyə gələ bilsələr, FİA bu addımı atmağa razıdır – bu qaydalar mövsümün sonuna qədər qüvvədə olacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*