FİA “107% qaydası”nı qaytarıb

FİA-nın yenicə qəbul olunmuş reqlamentində gələn ildən Formula1-ə “107% qaydası” qayıdır. Qayda yalnız sıralanma turunun birinci sessiyasına aiddir – sessiyanın […]

FİA-nın yenicə qəbul olunmuş reqlamentində gələn ildən Formula1-ə “107% qaydası” qayıdır. Qayda yalnız sıralanma turunun birinci sessiyasına aiddir – sessiyanın liderinə 107% uduzmuş sürücülər yarışda iştirak edə bilməyəcəklər.

Amma bu qadaya müəyyən istisnalar əlavə olunub – sıralanma turunun birinci sessiyasını qəza və ya müəyyən başqa səbəblər üzündən pis keçirmiş sürücülər yarışa buraxılacaqlar. Əgər sərbəst yürüşlərdə sürücü daha yaxşı nəticələr göstəribsə, stüardlar onu da yarışa buraxa bilərlər. Əgər belə sürücülərin sayı çox olarsa, onların start düzümünü stüardlar təyin edəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*