F.Fiyon milli Qran Prini qaytarmaq istəyir

Biz artıq xəbər vermişdik ki, Fransa milli Qran Prini canlandırmaq üçün yeni cəhdlər edir. Ölkənin baş naziri Fransua Fiyon bu […]

Biz artıq xəbər vermişdik ki, Fransa milli Qran Prini canlandırmaq üçün yeni cəhdlər edir. Ölkənin baş naziri Fransua Fiyon bu layihə ilə məşğul olacaq işçi qrup yaradıb.

Qrupa Pol Rikar avtodromunun direktoru Jerar Nevye də daxildir, 1971-1990-cı illərdə 14 dəfə Fransa Qran Prisini qəbul etmiş bu avtodrom təqvimdə yer almağa real namizəddir. Əgər qrup çempionatın təşkilatçıları ilə razılıq əldə edə bilsə, onda Fransa yarışı artıq 2013-cü ildə təqvimə qayıda bilər.

Fransua Fiyon: “Bu doğrudur, mən belə işçi qrup yaratmışam. Qrup Fransa Qran Prisini yenidən təşkil etmək üçün biznes plan tərtib etməklə məşğuldur.”

Fiyon təsdiq edib ki, layihəyə keçmiş nazir Jil Düfejno və Lotus Renault GP komandasının başçısı Erik Bulye də qoşulublar. Yeri gəlmişkən, fransalı baş nazir avtodimana yaxşı münasibətilə tanınır, çünki Lə Manda doğulub və vaxtılə tarixi maşınların yarışında iştirak edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*