K.Rəykköneni qovmağı Ferrari-yə Fettel qadağan edib?

F-1.az Britaniyanın The Times dərgisinə istinadən xəbər verir ki, Ferrari Kimi Rəykkönenlə müqaviləni tək öz istəyi ilə deyil, həm də Sebastyan Fettelin israrı ilə uzadıb.

Belə görünür ki, Mixael Şumaxerin dövründə olduğu kimi, Sebastyan Fettel də komanda yoldaşının seçilməsində təsirə malik ola bilər.

Scuderia Ferrari-nin rəhbəri Mauritsio Arrivabeneyə yaxın olan mənbə The Times-a belə deyib:” Əfsuslar olsun ki, gənc sürücülər Ferrari-də çıxış etmək üçün şans əldə edə bilmirlər, ancaq biz bunun səbəbini bilirik. Səbəb Sebastyan Fetteldir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*