23 Noyabr 2017, Cümə axşamı - 11:40

T.Pərməkoski: “Fettel fərqli pilotdur…”

T.Pərməkoski: “Fettel fərqli pilotdur…”

Müəllif: Afgan Haji, redaktor

12:47 - 20 Fevral, 2016

Finlandiyalı fizioterapevt Tommi Pərməkoski Sebastyan Fetteli yaxşı tanıyır, çünki Red Bull komandasında almaniyalı sürücünün məşqçisi olub və ilk iki titulunu onunla bayram edib.

F-1.az xəbər verir ki, Finlandiyada dərc olunan İlta-Sanomat qəzetinin jurnalistləri Tommidən Sebastyanın və Kimi Rəykkönenin sürmə stillərini müqayisə etməsini xahiş ediblər…

Tommi Pərməkoski: “Kiminin ən güclü tərəfi odur ki, bolidi çox dəqiq və səliqəli idarə edir, onun sürmə stilinin fərqli tərəfi budur. Sebastyanı isə işinə ideal yanaşması fərqləndirir – əsl almaniyalı elə belə də olmalıdır. Həmişə trasın döngələri, təkərlər, sazlanmalar, maşınınd avranı haqqında dediklərimizi dəftərçəsinə qeyd edir. Yəni doğrudan da həftəsonu başlamamış çox böyük iş görür. Hamıdan da bununla fərqlənir.

Mühəndislər və mexaniklər, yaxşı mənada, onunla asanlıqla işləmirlər. Məsələ ondadır ki, Sebastyan özünə qarşı olduğu qədər digərlərinə qarşı da tələbkardır.

Mən Formula1-dən getməli oldum, çünki daimi səyahət adamı yorur, amam keçmiş işim üçün darıxıram, yəni Fettellə işim üçün. Çünki Fettel yüksək peşəkardır, fiziki forması da yüksək səviyyədədir və o, idmanı sevir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 351
Teqlər , , ,
Paylaş

logo