Ferrari-nin hədəfində Rikkardo və Horner var

Daniel Rikkardonun adı dəfələrlə Ferrari ilə yanaşı çəkilsə də, Red Bull rəhbərliyi onun komandadakı yerinin etibarlı olduğunu demişdi.

F-1.az xəbər verir ki, komanda patronlarının belə deməsinə baxmayaraq, sürücünün özü dəqiq söz deməkdən qaçır.

Daniel Rikkardo: “Red Bull Formula1-də qalacaqsa, mənə çoxillik müqavilə təklif edəcək. Amma başqa komandaların təkliflərindən də çox şey asılıdır. Bir komanda mənə “səni çempion etmək istəyirik” deyə bilər və bunu edə biləcək bir komandanın mənə diqqət yetirməsi gözəl olar. Bunu tərif kimi qəbul edərəm və nələrin baş verəcəyinə baxaram”.

Corriere Dello Sport təkcə Rikkardonun yox, Red Bull komandasının rəhbəri Kristian Hornerin də Ferrari-yə keçə biləcəyini deyib. Rikkardo bu məsələyə də münasibət bildirib: “Həqiqətən? Mən buna inanmıram, amma onun əvəzinə də danışa bilmərəm”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*