Ferrari yeni F2012-ni təqdim edib

Maranelloda güclü qar yağması üzündən Ferrari komandası yeni maşının tədimatı mərasimini təxirə salmalı olub, bu gün Bakı vaxtılə saat 12:00-da […]

Maranelloda güclü qar yağması üzündən Ferrari komandası yeni maşının tədimatı mərasimini təxirə salmalı olub, bu gün Bakı vaxtılə saat 12:00-da komandanın rəsmi saytında yeni F2012-nin şəkilləri yerləşdirilib.

F2012 – Ferrari-nin Formula1-də hazırladığı 58-ci maşındır, bu dəfə Skuderiya adət etdiyimiz indeksə qayıdaraq cari ilin rəqəmlərindən istifadə edib.

F2012 keçənilki 150º İtalia şassisinin ciddi inkişafıdır. Yeniliklər çoxdur – onlardan bəzisi reqlamentdəki dəyişikliklərlə əlaqədardır, bəzisi isə keçənilki problemlərin həlli ilə. Maşının burun elementində mövsümə xas olan “pillə”ni görmək olar.

Ön və arxa asılqanların, yan pantonların konstruksiyası da dəyişib, maşının arxa hissəsi daha yığcam olub, ön və arxa antiqanadlar hələlik keçən il olduğu kimi saxlanılıb, amma komanda mövsümöncəsi testlərda məhz bu elementlər üzərində işləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*