Ferrari – yenə texniki problemlər

Ferrari komandası mövsümün ilk üç yarışında bir xal belə qazana bilməyib, amma bunu etmək üçün kifayət qədər imkan olub – […]

Ferrari komandası mövsümün ilk üç yarışında bir xal belə qazana bilməyib, amma bunu etmək üçün kifayət qədər imkan olub – Melburnda Təhlükəsizlik Maşını daha sürətli maşınların üstünlüyünü ləğv edib, Malayziya və Çində isə yağış yarışın gedişinə müdaxilə edib, amma təəssüf ki, Kimi Rəykkönen və Felipe Massa hələ ilk səkkizlikdə finişə çata bilməyiblər və indi Skuderiya Mühəndislər Kubokunda Force İndia komandası ilə birlikdə sonuncu yeri bölüşdürür…

Kimi Rəykkönen: “Yarışın əvvəlində hər şey yaxşı gedirdi, amma pit-stopdan sonra təkərlər trası tutmurdular və mən istədiyim kimi gedə bilmirdim, çünki maşın sürüşürdü.

Bir neçə dəfə mənə elə gəldi ki, motorun gücü yoxa çıxır, xüsusən də rəqiblərimdən hansınınsa arxasına yaxınlaşanda, amma sonra bu problem yoxa çıxdı.

Aydındır ki, çempionatda vəziyyət bizim xeyrimizə deyil. Barselonada biz yeni aerodinamik elementlər aldıqdan sonra maşın trası daha yaxşı tutmalıdır, amma indi bu çox problemlidir. Əminəm ki, biz yenidən qələbələr uğrunda mübarizəyə qatıla biləcəyik, sadəcə vaxt lazımdır. Bu gün bizi tənqid etmək asandır, amma biz vəziyyətdən çıxmaq yolunu bilirik.”

Felipe Massa: “Aydındır ki, mən çox məyus olmuşam, amma əvvəlki kimi nikbinəm. Səylərimizi birləşdirib biz bu problemlərimizi həll etməliyik. Komanda vəziyyət tezliklə dəyişməyə çalışır və tezliklə bizim maşınlara yenilənmiş aerodinamik elementlər qoyulacaq. Maşının etibarlılıq problemlərini də tezliklə həll etmək lazımdır, əgər biz qələbə qazanmaq istəyiriksə, heç olmasa başlanğıc üçün finişə çatmaq lazımdır. Amma bu gün bizim podium qazanamq şansımız var idi.

Mən üçüncü gedirdim, liderlərdən geri qalmırdım, amma benzin ehtiyatım daha çox idi, yarış məsafəsini bir pit-stopla keçə bilərdim. Maşın da normal işləyirdi, amma TM-in arxasında problemlər başladı, bir neçə dəfə mənə elə gəldi ki, motorun gücü yoxa çıxır. Sonra birdən akselerator işləmədi və motor söndü.

Mən Ferrari azarkeşlərinə müraciət etmək sitəyirəm: bizi unutmayın. İndi vəziyyət çətindir, amma qarşıda çoxlu yarışlar var.”

Stefano Domenikali: “Bu gün biz çox məyus olduq, Felipenin maşınında elektronik problemlər əmələ gəldi və motor söndü. Həmin an o üçüncü gedirdi və dövrəni liderlərlə bir tempdə qət edirdi, podium üçün əla şansı var idi.

Kimi üçün biz taktikanı dəyişməli olduq, onu iki pit-stoplu strategiyadan bir pit-stopluya keçirdik, amma trasla ilişmə pisləşdi və onuncu yerlə kifayətlənməli oldu. İlk təkər dəstində onun sürəti yaxşı idi, amma təkəri dəyişdikdən sonra sürət aşağı düşdü.

Biz yenə də əlverişli şəraitdən istifadə edə bilmədik. İndi biz Bəhreyn Qran Prisinə hazırlaşırıq, qarşımıza real vəzifələr qoyuruq: maşın elə həminki olacaq, amma bəlkə bu dəfə KERS-dən istifadə edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*