13 Dekabr 2018, Cümə axşamı - 01:08

Ferrari Wrooom festivalının cədvəlini anons edib

Ferrari Wrooom festivalının cədvəlini anons edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:24 - 16 Yanvar, 2013

Madonna di Kampilyoda Wrooom festivalı başlayır – festival 23-cü dəfə Formula1 və MotoGP çempionatlarında mövsümə Ferrari şirkəti üçün start verir. […]

Madonna di Kampilyoda Wrooom festivalı başlayır – festival 23-cü dəfə Formula1 və MotoGP çempionatlarında mövsümə Ferrari şirkəti üçün start verir. Bu gün axşam Wrooom festivalına Scuderia Ferrari və Ducati sürücülərinin iştirakı ilə təntənəli şam yeməyində start veriləcək, mərasimə beynəlxalq mətbuat nümayəndələri də dəvət olunublar.

Scuderia Ferrari komandasının mövsümdə ilk rəsmi mətbuat konfransı çərşənbə gününə planlaşdırılıb – jurnalistlərin suallarını komandanın başçısı Stefano Domenikali cavablandıracaq. Cümə axşamı festivalın mətbuat mərkəzinə Fernando Alonso, Felipe Massa və komandanın test sürücüsü Mark Jene qonaq olacaqlar. Cümə günü hər üç sürücü donmuş gölün üzərində kartinq yarışında iştirak edəcək və festival işini başa çatdıracaq.

wroom-3
wroom-4


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər , , , , , , ,
Paylaş

logo