Ferrari və Şumaxerlər ailəsi azarkeşlərə təşəkkür ediblər

Bu gün Ferrari komandası Mixael Şumaxerin 45 yaşını özünəməxsus qaydada yad edib: komandanın rəsmi saytında yeddiqat dünya çempionunun Skuderiyanın heyətində […]

Bu gün Ferrari komandası Mixael Şumaxerin 45 yaşını özünəməxsus qaydada yad edib: komandanın rəsmi saytında yeddiqat dünya çempionunun Skuderiyanın heyətində qazandığı 72 qələbəni əks etdirən şəkil slayderləri yerləşdirilib.

Bundan başqa, Ferrari-nin rəsmi fan-klubları şəbəkəsi vasitəsilə zədələnmiş Şumxaerin olduğu Qrenobl universitet hospitalının qarşısında azarkeşlər qeyri-adi aksiya keçiriliblər. Onlar İtaliyada, Fransadan və Almaniyada buraya toplaşıblar ki, sevimli kumirlərini ad günü münasibəti ilə təbrik etsinlər və Şumaxerin ailəsinə dəstəklərini bildirsinlər: azarkeşlər ümid edirlər ki, yüksək peşəkarlıqlı həkimlər sürücünü normal həyata qaytara biləcəklər.

Mixaelin yüzlərlə azarkeşi bayraqlar, plakatlar və bannerlər qaldırıblar, şüarlar səsləndiriblər və sonda susqunluq aksiyası keçiriblər. Bəzi jurnalistlər belə bir səsli-küylü tədbirin keçirilməsini məqsədəuyğun hesab etməyiblər, amma ümumən aksiya tam sakit keçib, hər ehtimala qarşı yerli polislər insan axınının artmasına hazır olublar.

Ferrari-nin mətbuat xidməti Twitter səhifəsində Qrenobla toplaşan azarkeşlərə təşəkkür edib.

Mixael Şumaxerin rəsmi saytında da ailənin adından qısa bəyanat yerləşdirilib: “Hospitalın qarşısına toplaşmış Ferrari azarkeşlərinin aksiyası bizi göz yaşları axıtmağa məcbur etdi. Biz bu aksiyaya qoşulan, ümumiyyətlə, bizə dəstək olan hər bir kəsə təşəkkür edirik…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*