Ferrari ve Haas fevralın 21-də trasa çıxa bilərlər

İtaliyalı jurnalist Leo Turini xəbər verir ki, Ferrari və Haas komandaları fevralın 21-də çəkiliş edəcəklər. Komandalar bu çəkiliş vaxtı yeni bolidlərini trasa çıxaracaqlar...

F-1.az xəbər verir ki, qış testləri fevralın 22-də başlayacaq, amma yeni bolidini daha tez nümayiş etdirmək istəyən komandalar qış testlərindən əvvəl çəkiliş günləri təşkil edirlər və yeni bolidlərini test edirlər.

Xatırladaq ki, keçən il Mercedes və Toro Rosso komandaları bu cür çəkilişlər təşkil etmişdilər və Mercedes AMG komandasının yeni bolidi Silverstone trasında çəkilişə çıxmışdı.

İtaliyalı jurnalist Leo Turini bildirib ki, Ferrari komandası testlərdən bir gün əvvəl çəkiliş təşkil edəcək: “Ferrari komandası bonuslardan faydalanmaq üçün çəkiliş günü təşkil edəcək. Bu çəkilişin əsas məqsədi reklamdır. Ferrari komandası çəkiliş günü maksimum 100 km məsafə qət edə bilər”.

Həmin gün Haas komandası da çəkiliş təşkil edəcək.

Xatırladaq ki, çəkiliş günü maşında mütləq nümayiş təkərləri olmalıdır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*