Ferrari sürücüləri ilə müqaviləni yeniləməyəcək?

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, sürücülərlə yeni müqavilə barədə danışmağa tələsmir.

F-1.az xatırladır ki, həm Fettelin, həm də Rəykkönenin müqaviləsi mövsümün sonunda başa çatacaq. Amma “qırmızılar” yeni müqavilə üçün hələ də tələsmirlər.

Mauritsio Arrivabene: “Bilirik ki, iki sürücümüzün də müqaviləsi ilin sonunda bitəcək. Amma hazırda bu barədə danışmaq doğru deyil. Yaxşı ritm tutmuşuq və diqqəti yayındırmaq olmaz. Əsas sürücülərin xoşbəxr olmasıdır. Onlar xoşbəxtdirlərsə, deməli bolid də sürətlidir. Hamının xoşbəxt olduğu mühitdə bu cür mövzular problem yarada bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*