22 Noyabr 2017, Çərşənbə - 07:41

Ferrari sürücüləri ilə müqavilə yeniləməyəcək?

Ferrari sürücüləri ilə müqavilə yeniləməyəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

16:12 - 14 İyun, 2017

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Fettel və Rəykkönenlə yeni müqavilə barədə hələ düşünmürlər.

F-1.az xatırladır ki, hər iki sürücünün də komandası ilə müqaviləsi ilin sonunda bitəcək və Fettellə maraqlanan komandalar arasında Mercedes də var. Lakin, Rəykkönenin karyerasını bitirəcəyi ilə bağlı iddialar var. Bəzi iddialara görə isə, “qırmızılar” yenidən Fernando Alonsonu komandaya gətirə bilərlər.

Mauritsio Arrivabene: “Hazırda müqavilə barədə yox, çempionat barədə düşünürük. Başqa şeylərlə maraqlanmaq doğru olmaz. Daha əvvəl də dediyim kimi bir yerdə əla işləyirik. Sürücülərimiz komandaya yaxşı uyğunlaşıblar. Hamı öz işinə fokuslanıb. Müqavilə bizim üçün problem deyil.

Ferrari olaraq Mühəndislər Kubokuna fokuslanmışıq. Sürücülər Çempionatı onların problemidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 331
Teqlər , , , ,
Paylaş

logo