Ferrari sürücüləri dirsəklərindən istifadə edəcəklər?

McLaren mühəndislərinin hazırladıqları aerodinamik sistemin sürücünün dizi ilə idarə olunması barədə gəzən şayiələr bu günə qədər nə təsdiq olunub, nə […]

McLaren mühəndislərinin hazırladıqları aerodinamik sistemin sürücünün dizi ilə idarə olunması barədə gəzən şayiələr bu günə qədər nə təsdiq olunub, nə də təkzib – amma bu barədə söz-söhbət hələ də səngimək bilmir. İndi isə öz əzəli rəqiblərinin ardınca Ferrari mühəndisləri yenilik ediblər – İtaliaRacing qəzetinin verdiyi xəbərə görə, Skuderiya Barselonada aerodinamik effektliyi artırmaq üçün sürücünün dirsəyi ilə idarə olunan sistemi yoxlayacaq.

Kokpitin kənarlarında xüsusi sahələr yaradılıb ki, sürücü dirsəyini bu sahəyə dirəməklə düz yollarda maşının sürətini 5 km/saat artıra bilər. Yeniliyin texniki təfərrüatları açıqlanmır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*