Ferrari sükandakı düymələrə düzəliş edib

Bu il sürücülər KERS və arxa antiqanadın hərəkətli elementi kimi sistemləri kokpitdən idarə etməli olacaqlar. Bir ay əvvəl Ferrari-nin texniki […]

Bu il sürücülər KERS və arxa antiqanadın hərəkətli elementi kimi sistemləri kokpitdən idarə etməli olacaqlar. Bir ay əvvəl Ferrari-nin texniki direktoru Aldo Kosta jurnalistlərə bildirmişdi ki, vəziyyət böhran həddinə çatıb – sürücülər sükan üzərindəki düymələrin çoxluğuna tab gətirə bilmirlər, ona görə də Skuderiyanın mühəndisləri arxada qalmış testlərdə sükan üzərində düymələrin yerləşməsinin optimal variantını axtarıblar və bir neçə konfiqurasiyanı yoxlayıbalr.

Əgər Valensiya və Xeresdə sürücülər KERS və arxa qanad düymələrini baş barmaqlarla basırdılarsa, Barselonada sükanın altında əlavə linklər peyda olubŞ onlar ötürmələri keçirən linklərdən də aşağıda yerləşiblər.

Əgər bu konfiqurasiya uğurlu hesab olunarsa, mövsümün ilk yarışlarında tətbiq olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*