19 Noyabr 2017, Bazar - 01:29

Ferrari-siz Formula1 ola bilər?

Ferrari-siz Formula1 ola bilər?

Müəllif: Elçin Zodorov, redaktor

13:06 - 08 Noyabr, 2017

Ferrari-nin prezidenti Sercio Markionnenin Formula1-dən gedə biləcəklərini açıqlaması geniş formada müzakirə olunmaqda davam edir.

F-1.az bildirir ki, bu barədə söylənilən fikirlər müxtəlifdir. Məsələn, McLaren-in keçmiş mexaniki, hazırda isə Sky Sports telekanalının eksperti Mark Pristli italyan komandanın Formula1-də xüsusi yer tutduğunu düşünmür.

Mark Pristli: “Başa düşürəm, Ferrari-nin tarixi əhəmiyyəti var. Lakin onlara daha çox pul ödənilir və bu da üstünlük əldə etmələrinə gətirib çıxara bilər. Fikricmə, bu, hansısa futbol komandasının meydana 12 nəfərlə çıxmasına icazə vermək kimi bir şeydir. Xərclənən pulların miqdarı qazanılan uğurların miqdarına uyğun olur. Beləliklə də, Scuderia-nın haqsız üstünlük əldə etdiyini görmək olar.

Məncə, azarkeşlər müasir Formula1 komandalarının bərabər gücdə olmalarını, daha çox mübarizə görmək istəyirlər. Heç kim Ferrari-nin vacibliyini inkar etmir, amma Formula1 onlarsız da yaşaya bilər. Razıyam, başqa çempionat da təşkil edə bilərlər. Lakin Formula1 tərkibində iştirak edən Ferrari-dən daha böyük məna kəsb edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 875
Teqlər , , ,
Paylaş

logo