23 Oktyabr 2017, Bazar ertəsi - 15:24

Ferrari şirkəti dünyanın birincisidir…

Ferrari şirkəti dünyanın birincisidir…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:06 - 19 Fevral, 2013

İtaliyanın FİAT konserninə məxsus olan Ferrari şirkəti Brand Finance-in versiyasına görə 500 ən məşhur şirkətilərin siyahısına başçılıq edib. Ferrari reqtinqi […]

İtaliyanın FİAT konserninə məxsus olan Ferrari şirkəti Brand Finance-in versiyasına görə 500 ən məşhur şirkətilərin siyahısına başçılıq edib.

Ferrari reqtinqi tərtib edən ekspertlər tərəfindən ən yüksək qiymət alaraq Google, Coca-Cola, PwCHermes kimi şirkətləri qabaqlayıb. Baxmayaraq ki, şirkət öz ölçülərinə və gəlir həcminə görə bir çox rəqiblərinə uduzur, amma reytinqin formalaşması zamanı rentabellik, bir müştəridən orta gəlir, marketinq effektliyi, populyarlıq və brend loyallığı kimi kriteriyalar əsas götürülüb.

Luka di Montedzemolo, Ferrari-nin prezidenti: “Əlbəttə, həmişə siyahının önündə olmaq xoşdur, xüsusən də əgər bu, dünyanın ən məşhur şirkətlərinin siyahısıdırsa. Bu nailiyyət sübut edir ki, hətta böhran illərində də İtaliya dünya biznesinə qabaqcıl təcrübə təklif etmək iqtidarındadır. Bu, bizim əməkdaşların istehsal etdikləri nadir məhsulun tanınmasıdır – məhz onların sayəsində biz bu mükafatı almışıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 168
Teqlər , , , , , , ,
Paylaş

logo