Ferrari şayiələri şərh etmir

Dünən İspaniyanın Diario AS qəzeti Ferrari və Fernando Alonso arasında müqavilənin bağlanması barədə növbəti şayiələri yayıb, guya rəsmən bu barədə […]

Dünən İspaniyanın Diario AS qəzeti Ferrari və Fernando Alonso arasında müqavilənin bağlanması barədə növbəti şayiələri yayıb, guya rəsmən bu barədə Monsada sentyabrın 11-də elan olunacaq. Həm də yeni müqaviləyə əsasən, Alonso Skuderiyada 2010-2014-cü illərdə çıxış edəcək…

Bu məqaləyə birinci cavab İtaliyanın Gazette dello Sport qəzetindən gəlib: bir tərəfdən qəzet təsdiq edib ki, Ferrari həqiqətən mövsümün bağlanmasını İspaniyanın Valensiya şəhərində yerləşən Rikardo Tormo avtodromunda keçirəcək, tədbir noyabrın 12-15-nə təsadüf edəcək və demək olar ki, Abu Dabi Qran Prisindən dərhal sonra olacaq.

Digər tərəfdən, qəzet Ferrari-nin mətbuat katibi Luka Kolayaninin sözlərini sitat gətirib: “Biz bu cür şayiələrin şərhinə vaxt itirmək istəmirik. Hamı yadda saxlamalıdır ki, Felipe Massa və Kimi Rəykkönenin Ferrari ilə 2010-cu ilin sonuna qədər müqavilələri var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*