21 Sentyabr 2017, Cümə axşamı - 12:41

Ferrari: Sabah bizi vacib gün gözləyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:16 - 14 Aprel, 2009

Ferrari komandasının mətbuat xidməti Apelyasiya Məhkəməsinin sabahkı iclasına və Çin Qran Prisində istifadə olunacaq yeniliklərə həsr olunmuş reliz yayıb. Malayziya […]

Ferrari komandasının mətbuat xidməti Apelyasiya Məhkəməsinin sabahkı iclasına və Çin Qran Prisində istifadə olunacaq yeniliklərə həsr olunmuş reliz yayıb. Malayziya uik-endindən sonra Ferrari-də kadr yerdəyişməsi edilib – Luka Baldisseri indi bazada çalışacaq, trasda onun vəzifəsini Kris Dayer icra edəcək…

“Sabah bizi vacib gün gözləyir. Parisdə FİA-nın Apelyasiya Məhkəməsi Ferrari, Renault, Red Bull və BMW komandalarının Avstraliya və Malayziya Qran Prilərinin stüardlarının qərarından protestlərinə baxacaq, məlum olduğu kimi stüardlar Brawn GP, Toyota və Williams maşınlarının diffuzorlarını reqlamentə uyğun qəbul etmişdilər. Ferrari-ni bu iclasda Rori Börn və baş konstruktor Nikolas Tombasis təmsil edəcəklər. Məhkəmə öz qərarını çərşənbə günü bildirəcək, həmin vaxt bütün komandalar artıq Şanxayda olacaqlar.

Apelyasiya Məhkəməsinin qərarından başqa Çin Qran Prisi mövsümün uğursuz startından sonra bizim komandamız üçün dönüş nöqtəsi olmalıdır. Montedzemolo və Domenikalinin hər bir əməkdaşa məsuliyyət öz üzərlərinə götürməsi barədə çağırışıla müraciətləri bütün komanda üçün əlavə motivasiyaya çevriliblər. Bizim komanda əvvəllər də belə problemlərdən qurtula bilib və vəziyyəti necə dəyişməyi bu dəfə də bilir.

F60-ın inkişaf planları bir qədər texniki və təşkilatı dəyişikliklərə məruz qalıb. Biz qərarların qəbul edilməsi və diffuzorlara aid olmayan yeni texnologiyaların tətbiqi prosesini maksimum sürətləndirmək istəyirik. Ona görə də Aldo Kostanın başçılıq etdiyi işçi qrup Maranelloda maşının inkişafı proqramını izləyəcək və onun vacib halqası Luka Baldisseri olacaq. Trasda onun vəzifəsini Kris Dayer icra edəcək.

Şanxayda biz bir neçə aerodinamik yenilik nümayiş etdirəcəyik, Mark Jene bu həftə onları Vayranoda düz yollarda sınayıb, söhbət ön antiqanadın yan elementlərinin təkmilləşdirilməsindən gedir.

Bu uik-end biz Avstraliyada istifadə etdiyimiz təkər tərkiblərini alacayıq. Cümə günü üçsaatlıq sərbəst yürüşlərin başlıca vəzifəsi təkərlərin effektliyini qiymətlənidrmək olacaq, biz başa düşməliyik ki, Albert Parkın asfaltından fərqlənən bu trasda təkərlər necə işləyəcəklər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 86
Teqlər
Paylaş

logo