26 Sentyabr 2018, Çərşənbə - 01:15

Ferrari Rəykkönenin yanmış mühərriyini xilas etmək istəyir

Ferrari Rəykkönenin yanmış mühərriyini xilas etmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

18:23 - 15 Aprel, 2017

Ferrari komandası Rəykkönenin Saxirdə birinci sərbəst yürüşlərdə partlatdığı mühərrikdən bəzi detalları xilas etmək istəyir.

F-1.az xatırladır ki, Bəhreyndə cümə sərbəst yürüşlərində 13-cü və 14-cü döngələr arasındakı düzlükdə Rəykkönenin mühərriyi tüstülənmiş və finlandiyalı sessiyanı dayandırmaq məcburiyyətində qalmışdı. Amma komanda ikinci sessiyada Rəykkönenin bolidinin mühərriyini dəyişdirmişdi.

Mattia Binotto: “Birinci sərbəst yürüşlərdə Kiminin güc qurğusunda problem yaşandı. İkinci sessiya üçün mühərriyini dəyişdirdik. Əks halda sıralanma turu və ya yarışda problem yaşaya bilərdi. İndi isə yanan güc qurğusunu araşdırıb içindəki istifadəyə yararlı detalları götürmək istəyirik. Bundan başqa problemin mənbəyini taparaq təkrar yaşanmasının qarşısını almalıyıq.

İkinci sessiyada Fettellə də problem yaşadıq, amma çox vacib deyildi. Kiçik bir xəta çıxdı və tezliklə həll edə bildik.

Hazırkı bolidlər sadəcə avtomobil deyillər. Çoxlu texnologiya və proqramdan ibarətdirlər. Cümə bizim üçün pis keçdi. Bolidi təkmilləşdirməliyik. Bolid tək dövrədə güclüdür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 377
Teqlər , , , , ,
Paylaş

logo