Ferrari – rəqiblər daha sürətlidirlər

Çin uik-endi ərəfəsində Ferrari komandası yarışda KERS-dən istifadə etməməyi qərara alıb, çünki mövsümün ilk iki yarışında sistemin işi ilə problemlər […]

Çin uik-endi ərəfəsində Ferrari komandası yarışda KERS-dən istifadə etməməyi qərara alıb, çünki mövsümün ilk iki yarışında sistemin işi ilə problemlər əmələ gəlmişdi. Amma cümə sərbəst yürüşlərindən sonra komanda etiraf edib ki, maşın bundan daha da yavaş olub…

Felipe Massa (12-ci yer): “Bizim maşınlardan KERS götürülüb və nəticədə biz süərtimizi itirmişik – bu azmış kimi üstəlik F60-ın aerodinamik asfalta yatma qüvvəsi də rəqiblərdə olduğundan azdır.

Biz F60-ın modernizə üzərində maksimum gərginliklə işləməliyik, amma başa düşürük ki, liderlərə çatmaq çox çətin olacaq. Yeganə yolumuz işləməkdir.”

Kimi Rəykkönen (14-cü yer): “Maşının balansı pis deyil və KERS-in olmamasını heç hiss etmədim. Məsələ ondadır ki, biz açıq-aşkar rəqiblərimizdən yavaşıq.

Biz şassini yaxşılaşdırmağa çalışmalıyıq, amma indi bizim ldierlərlə mübarizə aparmaq imkanımız yoxdur. Lakin təslim olmamalıyıq, çünki biz əvvəlki mövqelərimiz qaytara bilərik və komanda gərgin çalışır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*