19 Noyabr 2017, Bazar - 01:32

Ferrari qürur duymalıdır

Ferrari qürur duymalıdır

Müəllif: Rauf Hacıyev, redaktor

12:14 - 03 Noyabr, 2017

Ferrari komandasının sabiq mühəndisi Toni Kukurella bildirib ki, “qırmızılar” inanılmaz performans göstəriblər.

F-1.az xatırladır ki, Ferrari gözlənilənlərin əksinə olaraq, 2017-ci ilə mükəmməl başlamış və Fettel mövsümün ilk yarısını 1-ci yerdə bağlamışdı. Amma italyanlar mövsümün ikinci yarısına yaxşı başlamamış və hələ heç bir qələbə qazana bilməyiblər…

Toni Kukurella: “Ferrari bu il əvvəlki illərə nisbətən daha rəqabətədavamlı idi və buna görə qürur duymalıdırlar. İl ərzində güclü performans göstərdilər. Bu il 18 yarışdan 5-də yaxşı performans göstərdilər. Son illərə baxanda bu gözəl statistikadır. Hazırda xoşbəxt olmalıdırlar. Amma pis keçən iki yarış komanda daxilində böhran yaratdı və Mercedes bundan maksimum faydalandı. Ferrari bu böhrandan tez çıxmalıdır. Gələn il Red Bull və McLaren güclü ola bilər. Bu il ən sürətli komanda ilə sürücü qalib gəldi. Amma bu hakimiyyətləri çox davam etməyəcək. Gələn il ən güclü olmayan komanda qalib gələ bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 738
Teqlər , ,
Paylaş

logo