Ferrari A.Parrın izahatını gözləyir

Britaniyanın Autosport qəzetinin verdiyi xəbərə görə, Ferrari-nin başçısı Stefano Domenikali Williams komandasının icraçı direktoru Adam Parrın FİA-nın Apelyasiya Məhkəməsində söylədiyi […]

Britaniyanın Autosport qəzetinin verdiyi xəbərə görə, Ferrari-nin başçısı Stefano Domenikali Williams komandasının icraçı direktoru Adam Parrın FİA-nın Apelyasiya Məhkəməsində söylədiyi atmacaların izahatını eşitmək istəyir. Parr məhkəmədə Williams maşınındakı ikili diffuozru müdafiə edərkən keçənilki Ferrari maşınının konstruksiyasını şübhə altına alıb. Müzakirə zamanı Parr bir daha qeyd edib ki, vaxtilə komandalar qaydaalrın müəyyən maddələrini eyni cür yozurdular, amam bundan sonra maşınlarda yan deflektorların ətrafında müxtəlif pilləli aerodinamik elementlər peyda olurdu. Məhz bu addım Williams-ı məcbur edib ki, 2009-cu ilin reqlamentini özünəməxsus qaydada yozsun, bu isə ikili diffuzorların meydana gəlməsi ilə nəticələndi.

Parrın fikrincə, əgər Ferrari rəhbərləri belə pilləli aerodinamik elementləri leqal hesab edirdilərsə, onda Skuderiyanın belə maşınlarda qazandıqları qələbələr də şübhəlidir. Bu sözlər Domenikalinin xətrinə dəyib…

Stefano Domenikali: “Məhkəmədən sonra mən öyrəndim ki, kimsə bizim son 10 ildə qazandığımız qələbələri şübhə altına alıb. Mən dəhşətə gəldim və təəccübləndim ki, orda oturan Ross Braun bu cür sözlərə cavab vermək belə istəməyib.

Mən Adamla görüşüb söhbət etmək istəyirəm, çünki hesab edirəm ki, insan öz sözlərinə görə cavab verməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*