Ferrari N.Rosberqlə maraqlanır?

Ferrari sürücülərinin hər ikisinin müqaviləsi ən azı cari və gələn illərə bağlanıb, amma italiyalı jurnalistlərə məlum olub ki, Maranelloda Felipe […]

Ferrari sürücülərinin hər ikisinin müqaviləsi ən azı cari və gələn illərə bağlanıb, amma italiyalı jurnalistlərə məlum olub ki, Maranelloda Felipe Massanın 2011-ci ilin sonunda komandanı tərk etdiyi təqdirdə mümkün variantlar üzərində işləməyə başlayıblar. Namizədlər siyahısında Niko Rosberqin də adı var…

Ferrari-də Mixael Şumaher və Kimi Rəykkönenin yanında heç də pis görünməyən Felipe Massa keçən il Fernando Alonsoya layiqli müqavimət göstərə bilmədi. Braziliyalı sürücünün daim gileyləndiyi Bridgestone təkərlərinin çempionatı tərk etməsinə baxmayaraq, Massa əvvəlki kimi Fernandoya sıralanma turunda daim uduzur.

Aydındır ki, bu halla komanda da razı deyil. Sözsüz ki, son illər Maranelloda liderə işləməyi əla öyrəniblər, amma hazırkı şəraitdə, yəni maşın heç də sürətli deyil, iki eyni sürətli sürücüdən daha çox fayda olur. Massanı komandada əvəzləyə biləcək sürücülər siyahısında Robert Kubitsanın adı çəkilirdi, amma hələlik məlum deyil ki, polşalı sürücü ralli qəzasından sonra 100% bərpa olunacaqmı?

Ona görə də Rosberqə maraq oyanıb, hərçənd, almaniyalı sürücünün Mercedes GP komandası ilə bağlanmış müqaviləsi hələ gələn ilin sonunda başa çatacaq və çox güman ki, Ross Braunla Norbert Hauq artıq ikinci il Mixael Şumaherdən üstün olan sürücünü buraxmayacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*