18 Noyabr 2017, Şənbə - 00:53

Ferrari-nin yeni maşınında motor işə salınıb (video)

Ferrari-nin yeni maşınında motor işə salınıb (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:15 - 12 Fevral, 2016

Skuderiyanın mühəndisləri azarkeşlərə yeni mövsümdə yeni motorların səsini qiymətləndirmək şansı veriblər…

F-1.az Ferrai komandasının rəsmi səhifəsinə istinadən xəbər verir ki, 667 indeksi almış yeni motor iki gün əvvəl Maranelloda işə salınıb. Dünən komanda rəsmi səhifəsini bu proseduru əks etdirən videoçarx yerləşdirib – azarkeşlər videoya baxmaqla yeni motorların qarşıdakı mövsümdə səslənməsini eşidiblər -düzdür, motor maksimal dövriyyələrdə işləməyib.

Amma bu ildən tətbiq olunan qaydalara əsasən yeni motorun səsinin kifayətə qədər artdığı hiss olunur. Bu il motordan işlənmiş qazları çıxaran boruya əlavə klapan qoyulub. Hərçənd, nəzərə alamq lazımdır ki, videonun çəkilişi qapalı məkanda aparılıb və akustik effekt də hiss olunur. Ona görə də yeni motorların əsl səsini biz bir neçə gündən sonra başlayacaq mövsümöncəsi testlərdə eşidə biləcəyik.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 727
Teqlər ,
Paylaş

logo