23 Noyabr 2017, Cümə axşamı - 22:33

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 59-cu yazı – Ferrari F60

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 59-cu yazı – Ferrari F60

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:25 - 14 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 9 gün qalır – 9 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 59-cu yazımızda Skuderiyanın KERS quraşdırılmış ilk maşını Ferrari F60 modelindən danışacağıq…

2009-cu ildə qaydalar yenə dəyişdi. 11 illik fasilədən sonra Formula1-ə sliklər qayıtdı, mövsümün gedişində sürücülərin ixtiyarına cəmi 8 motor verildi, əylənmə zamanı ayrılan enerjini toplayan rekuperasiya sistemi (KERS) peyda oldu.

Amma əsas dəyişikliklər aerodinamikaya aid idi. FİA-nın və çempionatın komandalarının nümayəndələrindən ibarət xüsusi komissiya müəyyən tədbirlər hazırladılar ki, Formula1-də ötmələri asanlaşdırmaqla artırsınlar. Bunün üçün qərara alındı ki, maşının önündə asfaltayatma qüvvəsi artırılmaqla, arxasındakı hava axını maksimum “təmiz” olmalıdır. Ona görə də ön qanadların eni maşının eninə çatdırıldı, maksimum yerə yaxınlaşdı, arxa qanadların isə hündürlüyü artırılmaqla eni azaldıldı. Ön antiqanadda idarə olunan müstəvi peyda oldu – müstəvinin vəziyyətini sürücü bir dövrədə iki dəfə dəyişə bilərdi. Yan pantonlardakı və maşının arxasındakı bütün qanadcıqlar və digər kiçik aerodinamik elementlər qadağan olundular, diffuzora tələblər dəyişdi. Sonuncu dəyişikliyə bir çox komandalar diqqət etmədilər, amma yekunda məhz diffuzorlar titul uğrunda mübarizədə həlledici element oldular.

Yeni texniki reqlamentin qeyri-dəqiq tərtibatı komandaların mühəndisləri tərəfindən müxtəlif yozumlara səbəb oldular, nəticədə maşının arxa hissəsində asfaltayatma qüvvəsini kəskin artıran “ikiqat diffuzor” peyda oldu. Mövsümün ilk Qran Prisinə bu cür diffuzorla 3 komanda gəlmişdi: Williams, Toyota və Brawn GP – Honda zavod komandası şirkətin çempionatdan getməsindən sonra komandanın sonuncu başçısına, Ferrari-nin keçmiş texniki direktoru Ross Brauna satılmışdı. Williams və Toyota maşınlarında yeni diffuzorlar sürəti azca qaldırmağa imkan verdisə, son anda Mercedes motorları ilə təchiz olunmuş Brawn GP maşınları gözlənilmədən çox sürətli alındılar.

Rəqiblər mövsümün ilk yarışlarından sonra bu diffuzorlardan şikayət etsələr də, FİA bu elementin formal olaraq reqlamentə zidd olmamasını etiraf etdi. Onda mühəndislər bu elementi nüsxələməyə başladılar, amma onu işləməyə məcbur etmək çox çətin oldu, çünki bu elementin effektiv çalışması üçün maşının bütün aerodinamikasını və arxa asılqanları dəyişmək lazım idi. Brawn GP komandasında isə maşının fəlsəfəsi “ikiqat diffuzor” üzərində qurulmuşdu, ona görə də mövsümün ilk yarısında onlara çatmaq mümkün olmadı. Brawn GP ilə baş-başa mübarizə apara biləcək diffuzorsuz yeganə komanda isə Red Bull oldu – Ədrian Nyui növbəti şedevrini yaratmışdı.

Ferrari-yə gəlincə, komandanın Formula1-də iştirakının 60-cı mövsümünə həsr olunmuş F60 modeli sələfinin yeni reqlamentə adaptasiya olunmuş versiyası idi. Aerodinamikadan başqa yeni maşının sələfindən əsas fərqi KERS sisteminin olması idi. Sistemin 2009-cu ildə tətbiqi məcburi deyildi, onu italyanlardan başqa yalnız Renault, BMW və McLaren komandaları tətbiq etmişdilər. Amma sistemin ağır kütləsi və aşağı etibarlılıq səviyyəsi ondan imtina edilməsi üçün ciddi səbəb oldu.

 

FERRARİ F60

Ferrari, Scuderia Ferrari, Ferrari F60, 2009, Kimi Raikkonen, Felipe Massa

 

Son iki ildə Mühəndislər Kubokunda birinci olan Ferrari 2009-cu ildə çox geri düşdü. Xoşbəxtlikdən, Kimi Rəykkönen Belçikda gözlənilməz qələbə qazandı, əks halda mövsümün yekunları Skuderiya üçün lap acınacaqlı olardı.

Kim idi müqəssir? Maranelloda mühəndislər üçün sürpriz olan “ikiqat diffuzorlar”, yoxsa müxtəlif cür yozulan qeyri-dəqiq qaydalar, yoxsa Bridgestone təkərlərinin qeyri-stabil effektivliyi? Macarıstanda Felipe Massa dramatik insident yaşadı və möcüzə sayəsində sağ qaldı – hər şey Ferrari-nin əleyhinə idi…

Mövsümün əvvəlində komanda ümid edirdi ki, yeni F60-ın çempion potensialı var, amma maşın ortabab alınmışdı və ilk onluğun ortasında mübarizə aparmağa imkan verirdi, mövsümün gedişində isə mühəndislər liderlərin səviyyəsinə yüksələ bilmədilər.

Maşında mütərəqqi KERS sistemi quraşdırılmışdı, amma F60-ın iki ciddi problemi var idi: maşına asfaltayatma qüvvəsi çatmırdı və ağır KERS-ə görə kifayət qədər ballastdan istifadə olunmadığına görə maşın balanslı deyildi. Mövsümün gedişində testlərin keçirilməsi qadağan olunduğu üçün Skuderiyanın mühəndisləri maşını təkmilləşdirə bilmədilər.

İlk yarışlardan sonra məlum oldu ki, F60 nəinki “ikiqat diffuzor” olan Brawn GP maşınlarına, hətta adi diffuzorlu Red Bull maşınlarına uduzur. Komanda mövsümdə ilk xallarını yalnız 4-cü yarışda Bəhreyndə qazana bildi – Rəykkönen 6-cı oldu.

İspaniyada yenilənmiş F60B debüt etdi, mühəndislər müəyyən tərəqqiyə nail oldular, sürücülər mütəmadi xal qazanmağa başladılar. Monakoda Rəykkönendən, Almaniyada Massadan podiumlar gəldi. Macarıstanda Rubens Barrikellonun maşınından çıxan yay Felipe Massanın dəbilqəsinə dəydi, braziliyalı sürücü huşunu itirdi. Xoşbəxtlikdən, dəbilqə sürücünü xilas etdi, amma Felipe mövsümün ikinci yarısını buraxmalı oldu.

Massanı əvəz etmək üçün Ferrari Mixael Şumaxerlə razılaşmağa cəhd etdi, amma ilin əvvəlində motosikletdən yıxılmış yeddiqat dünya çempionu zədədən tam sağalmadığı üçün imtina etməli oldu. Nəticədə braziliyalı sürücünü əvvəlcə Luka Badoyer uğursuz əvəz etdi, iki yarış sonra Force İndia-dan dəvət olunan Cankarlo Fizikella da F60-la heç bir xal belə qazana bilmədi.

Kimi Rəykkönen komandanın şərəfini təkbaşına qorumalı oldu və bir neçə dəfə ardıcıl podium qazanmaqla, sevimli Belçikada isə birinci olmaqla hamını təəccübləndirdi. Kiminin səyi sayəsində komanda McLaren-ə cəmi bir xal uduzmaqla Mühəndislər Kubokunda 4-cü oldu. Amma mövsümün sonunda məlum oldu ki, komanda finlandiyalı sürücünün müqaviləsini vaxtından əvvəl pozaraq ikiqat dünya çempionu Fernando Alonso ilə müqavilə imzalayıb…

 

FERRARİ F60-IN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F60, 2009, Kimi Raikkonen, Felipe Massa

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
2009-cu il17330161

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 10. 647
Teqlər ,
Paylaş

logo