23 Noyabr 2017, Cümə axşamı - 22:30

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 56-cı yazı – Ferrari 248 F1

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 56-cı yazı – Ferrari 248 F1

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:26 - 11 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 12 gün qalır – 12 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 56-cı yazımızda Mixael Şumaxerin sonuncu qırmızı maşın Ferrari 248 F1 modelindən danışacağıq…

2006-cı ildə qaydalar yenə də dəyişdi. Üçlitrlik V10 motorların yerinə 2.4 litrlik V8 motorlar gəldilər, ona görə də Skuderiya yeni maşının adını ənənəvi qaydada qoydu: motorun işçi həcmi və silindrlərin sayı – 248 F1.

Yeni motorlardan əlavə əsas dəyişiklik Skuderiyanın xeyrinə idi – bir il əvvəl tətbiq olunan yarışın gedişində təkərlərin dəyişməsinə qoyulan qadağa ləğv olundu. Maşın faktiki olaraq sıfırdan quruldu, amma komandanın baş konstruktoru Rori Börn hələ 2004-cü ilin sonunda təqaüdə yollanmışdı. Düzdür, F2005 modelinin hazırlanmasına köməklik etsə də, bu dəfə komandanın işinə qarışmadı. 2006-cı ilin maşınını Börnün assistenti Aldo Kosta hazırlamışdı. Mövsümün əvvəlində elan olundu ki, maşının modernizəsində ona son iki ildə McLaren-də aerodinamika şöbəsində Ədrian Nyui ilə çalışan Nikolas Tombasis kömək edəcək.

248 F1-də yan güzgülər kokpitə deyil, yan pantonlara bərkidilmişdilər. Pantonların özü də dəyişmişdi – onların quruluşu və daxili yerləşdirilməsi tamamilə yenilənmişdi. Yuxarı hava kanalının, yan pantonların ətrafındakı aerodinamik elementlərin və qazburaxma sisteminin quruluşu dəyişmişdi.  V8 motorunun qısa olmasına baxmayaraq, maşının təkər bazası dəyişməmişdi. Yeni motorun gücü mövsümün əvvəlində 730 at qüvvəsi təşkil etdiyi halda, mövsümün sonunda 785 at qüvvəsinə çatdırılmışdı.

Ferrari üçün daha bir dəyişiklik sürücü heyətində edilmişdi – Rubens Barrikellonu digər braziliyalı sürücü Felipe Massa əvəz etmişdi. Mövsümün gedişində isə, İtaliya Qran Prisində Mixael Şumaxer mövsümün sonunda karyerasını başa vuracağını elan etmişdi.

 

FERRARİ 248 F1

Ferrari, Scuderia Ferrari, Ferrari 248 F1, 2006, Michael Schumacher, Felipe Massa

 

2006-cı il mövsümü Ferrari üçün iki hissəyə bölünmüşdü. Mövsümün ilk yarısında Renault və Fernando Alonso dominantlıq edirdilər, ABŞ Qran Prisindən başlayaraq üstünlük Ferrari və Mixael Şumaxerə keçmişdi. Yeni maşının qazandığı qələbələr, poullar, sürətli dövrələr keçənilki uğursuzluğu unutdurmuşdu. Skuderiyanın mühəndislərinin gərgin əməyi nəticəsində mövsümün əvvəlində zəif olan maşın mövsümün ortasında tam fərqli maşına çevrilmişdi.

Yeni 248 F1 sələfindən tamamilə fərqlənirdi – F2005 layihəsi zibilliyə atılmışdı, yeni maşında Tombasis “qaşığabənzər” ön qanada qayıtmışdı, ön hissədə asfaltayatma qüvvəsini artırmaq üçün qanad bir neçə müstəvidən ibarət idi. Maşında bir neçə yeni deflektor və fərqli hava kanalları peyda olmuşdular.

Mövsümün gedişində asfaltayatma qüvvəsini artırmaq üçün yan pantonalrdan keçən daxili hava axınının hərəkəti dəyişdirilmişdi. Maşında “tamburin” adlanan mürəkkəb əyləc soyutma sistemi tətbiq olunmuşdu.

Bu maşının köməyi ilə Mixael Şumaxer karyerasını yüksək notla başa vura biləridi, amma Yaponiya Qran Prisinin başa çatmasına bir neçə dövrə qalmış etibarlılığı ilə seçilən Ferrari motoru bütün ümidləri puç etdi. Səkkizinci titul isə artıq Mixaelin cibində idi.

Mövsümün son yarışında Braziliyada Mixaelin çempion olması üçün şansı var idi – bunun üçün Mxiael qələbə qazanmalı, Alonso xal qazanmamamlı idi. Amma sıralanma turunda daha bir nasazlıq Mixaeli startda 10-ci yerə atdı, startdan sonra irəliləyən almaniyalı sürücünün maşınında təkər deşildi və sonuncu yerə düşdü. Bundan sonra sanki uçmağa başlayan Mixael yarışı 4-cü yerdə başa vurdu – titul isə Alonso və Renault-ya nəsib oldu…

 

FERRARİ 248 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 248 F1, 2006, Michael Schumacher, Felipe Massa

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
2006-cı il183679191

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 16. 739
Teqlər ,
Paylaş

logo