16 Dekabr 2017, Şənbə - 07:19

Ferrari-nin problemi nədir?

Ferrari-nin problemi nədir?

Müəllif: Rauf Hacıyev, redaktor

11:23 - 06 Aprel, 2016

Ferrari komandası ilk iki yarışda iki dəfə yarışı dayandırıb. Bu da o deməkdir ki, Ferrari hazırda təhlükə altındadır.

F-1.az xatırldır ki, Kimi Rəykkönen Avstraliyada turbo probleminə görə, Sebastyan Fettel isə Bəhreyndə injektorun püskürməsi problemi ilə yarışı vaxtından əvvəl dayandırmışdılar.

Sabiq Formula1 sürücüsü Ceki Styuart bu barədə fikirlərini bildirib: “Əgər Mercedes-ə çatmaq istəyirsinizsə, risk getməlisiniz. Siz sürətinizi artırmaq üçün risk edərsiniz, amma bu risk sizə etibarlılıq problemlərini gətirə bilər. Formula1 belədir”.

İtaliyanın Tuttosport nəşri bildirib ki, Ferrari üçün təhlükə siqnalları çalınmağa başlayıb. Verilən xəbərə görə, Arrivabene problemləri həll etmək üçün işçilərin şənbə və bazar günləri də işləməsini istəyib.

Ancaq Ferrari-nin sabiq prezidenti Luka di Montedzemelo bu vəziyyətə görə narahat deyil: “Səkkizinci cərgədən başlayıb, etibarlı olmaqdansa, ikinci cərgədən başlayıb mühərrikdə problem yaşamaq daha yaxşıdır. Məsələn, Mixael Şumaxer 1998-cı ildə Fransa yarışının isinmə dövrəsində mühərriyi partlatdı, amma Belçika və İtaliyada qalib gəldi”.

Leo Turini bildirib ki, Bəhreyndə yarışı dayandırma səbəbi injektorun püskürməsi olub və bildirib ki, Ferrari bu problemi düzəldəciyinə inanır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 353
Teqlər , , , , , ,
Paylaş

logo