18 Noyabr 2017, Şənbə - 01:08

Ferrari-nin Marlboro ilə müqaviləsi Avropada narazılıq doğurub

Ferrari-nin Marlboro ilə müqaviləsi Avropada narazılıq doğurub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:00 - 12 İyul, 2011

Avropanın antitütün təşkilatları Ferrari komandasının Philip Morris İnternational şirkəti ilə müqaviləsinin 2015-ci ilin sonunadək uzatmasını narazılıqla qarşılayıblar. Qeyri-rəsmi məlumatlara görə, […]

Avropanın antitütün təşkilatları Ferrari komandasının Philip Morris İnternational şirkəti ilə müqaviləsinin 2015-ci ilin sonunadək uzatmasını narazılıqla qarşılayıblar. Qeyri-rəsmi məlumatlara görə, komanda tütün şirkətindən 100 milyon dollar alacaq, avropalılar hesab edirlər ki, bununla Ferrari tünün reklamından imtina etmiş digər komandalar üzərində böyük üstünlük qazanacaq.

Antitütün lobbisinin nümayəndələri FİA-nın prezidenti Jan Todta rəsmi məktub ünvanlayaraq, xahiş ediblər ki, baş verənləri araşdırsın, çünki söhbət tütün reklamını qadağan edən Avropa Birliyinin qanunlarının və federasiyanın idman prinsiplərinin pozulmasından gedir.

Britaniyanın The Guardian qəzetinin jurnalistləri əks tərəflə – Philip Morris İnternational şirkətinin mətbuat xidməti ilə əlaqə saxlayıblar. Xidmətin başçısı Ənn Ədvards bildirib ki, “Ferrari ilə müqavilə qəbul olunmuş bütün qanun və normalara uyğundur, komandanın maşınlarında, sürücülərin kombinezonlarında və Formula1 traslarında Marlboro loqotipi yoxdur – bu brend yalnız komandanın adında qalıb…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 77
Teqlər
Paylaş

logo