22 Noyabr 2017, Çərşənbə - 13:00

Ferrari-nin Formula1-dən başqa alternativi yoxdur

Ferrari-nin Formula1-dən başqa alternativi yoxdur

Müəllif: Elçin Zodorov, redaktor

18:10 - 08 Noyabr, 2017

Ötən həftə Liberty Media 2021-ci ildən etibarən qüvvəyə minəcək yeni motor reqlamentini təqdim etmişdi. Ferrari-nin prezidenti Sercio Markionne isə yenilikləri bəyənmədiyini, əgər bu reqlament reallaşdırılarsa, çempionatdan gedəcəkləri ilə hədələmişdi.

F-1.az bildirir ki, Almaniyanın Auto Moto und Sport nəşri bu hədələrin ciddiliyi barədə mühakimə yürüdüb və xatırladıb ki, şirkətin qurucusu Entso Ferrari belə çıxışlara yol vermirdi – müdrik italyan başa düşürdü ki, Formula1-də iştirakı Ferrari-nin ətrafında mif yaradır və yol maşınlarının satışı üçün vacibdir.

Görünür, Markionne bunu tam dərk etmir. O, səhmdarlar üçün təşkil etdiyi mətbuat konfransında bildirib ki, çempionatı tərk etməklə ildə 400 milyon dollar qənaət etmiş olacaqlar. Lakin uzunmüddətli itkilər qənaət edilmiş məbləği aşa bilər. Formula1 olmadan Ferrari adi idman avtomobili istehsal edən şirkətə çevriləcək və bu da səhmlərin qiymətinə mənfi təsir göstərəcək.

Nəşr qeyd edir ki, Liberty Media nümayəndələri öz ideyalarını müdafiə etməlidirlər və bu hədələrə məhəl qoymamalıdırlar. Əgər Entso Ferrarinin 40 il əvvəl alternativ variantları var idisə də, indi belə deyil. Ferrari Formula1-dən başqa hara gedə bilər? Dözümlülük yarışlarına? Orada xərclər Formula1-dəkinə yaxındır, lakin auditoriyanın və medianın marağı müqayisəedilməz dərəcədə kiçikdir: “Anyelli ailəsinin prezidenti sakitləşdirmək vaxtı gəlib çatıb. Narazılıqlar və hədələr yalnız qıcıqlandırır, həm də Ferrari-ni azarkeşlərinin həyəcanından məhrum edir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 296
Teqlər , , , ,
Paylaş

logo