Ferrari-nin Alp festivalı başa çatıb

İtaliyanın Alp ətəklərində yerləşən Madonna di-Kampilyo şəhərciyində ənənəvi Wroom festivalı başa çatıb – bu il festival 20-ci dəfə keçirilib. Ferrari […]

İtaliyanın Alp ətəklərində yerləşən Madonna di-Kampilyo şəhərciyində ənənəvi Wroom festivalı başa çatıb – bu il festival 20-ci dəfə keçirilib. Ferrari və Ducati komandalarının birgə toplaşdıqları festival həmişəki kimi maraqlı keçib və bu gün axşam azarkeşlərin xoşladıqları donmuş gözlün üzərində keçirilmiş yarışlarla festivala yekun vurulub. Maraqlıdır ki, Ferrari sürücüləri gözlənilmədən yarışlarda motosürücülərin rəqabətinə tuş gəliblər…

wroom2
FİAT Panda-nın sükanı arxasında keçirilmiş ilk yarışda Felipe Massa qələbə qazanıb, amma sonrakı yerləri MotoGP çempionatında çıxış edən Ducati komandasının sürücüləri Keysi Stouner və Niki Heyden tutublar. Cankarlo Fizikella dördüncü olub, Fernando Alonso isə yalnız Felipenin balaca qardaşı Dudunu qabaqlaya bilib.

wroom3
Skuderiyanın pilotları ikinci yarışda məğlubiyyətlə barışmalı olublar – Heyden bu dəfə qələbə qazanıb və Massanı qabaqlaya bilib. Fizikella isə Stounerdən geri qalaraq yenə də dördüncü olub. Alonso isə son dövrədə Dudu ilə toqquşaraq trasdan kənara çıxıb…

Wroom axşam bayram şənliyi ilə başa çatacaq, şənliyin əsas qəhrəmanalrından biri isə, əlbəttə, Fizikella olacaq – italiyalı sürücü bu gün 37 yaşını qeyd edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*