11 Dekabr 2017, Bazar ertəsi - 04:18

Ferrari-nin 3 sürücüsü testlərdə iştirak edəcək?

Ferrari-nin 3 sürücüsü testlərdə iştirak edəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

08:03 - 26 Aprel, 2017

Ferrari-nin gənc sürücülərindən üçü – Antonio Covinatsi, Şarl Lekler və Antonio Fuoko Macarıstan yarışından sonra keçiriləcək ikigünlük mövsümiçi testlərdə iştirak edə bilərlər.

F-1.az xatırladır ki, FİA-nın reqlamentinə əsasən, dördgünlük mövsümiçi testlərin iki günündə gənc sürücülər iştirak etməlidirlər – çempionatda 2 yarışda iştirak etmiş sürücü də bu kateqoriyaya aid edilir. Ferrari Bəhreyndəki mövsümiçi testlərdə bir gün Covinatsi ilə işlədi və bu da o deməkdir ki, Macarıstanda daha bir gənc sürücü işləyə bilər. Bəzi resursların verdiyi xəbərə görə bu sürücü Formula2-də mükəmməl performans göstərən Şarl Lekler olacaq.

Ferrari-nin müştəri komandaları olan Haas və Sauber isə Bəhreyndəki testlərin hər iki günündə də əsas sürücülərindən istifadə etmişdilər. Buna görə də Hunqarorinqdəki test günləri üçün gənc sürücülərdən istifadə etməlidirlər. Müştəri komandalar Ferrari-nin gənc sürücüləri ilə işləmək məcburiyyətində olmasalar da, Covinatsi, Lekler və Antonio Fuoko kimi sürücülərdən birini komandaya götürə bilərlər. Amma Haas komandası amerikalı gənc sürücüsü Santino Ferruççini testlərdə sükan arxasına keçirə bilər.

Bəzi xəbərlərə görə, Covinatsi və Lekler mövsüm ərzində Haas və Sauber komandalarının heyətində birinci sərbəst yürüşlərdə iştirak edə bilərlər. Formula2 sürücüsü Antonio Fuoko isə yayda Barselonada keçiriləcək 2018-ci ilin Pirelli təkərlərinin testlərində Ferrari-nin heyətində iştirak edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 182
Teqlər , , , , , ,
Paylaş

logo